AMEA-nın prezidenti akademik İsa Həbibbəyli DSX-nin Xüsusi Məktəbinin kursantları ilə görüşüb
Elm və təhsil
Oxunub: 203
23 fev 2024 | 11:25

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin kursantları AMEA Rəyasət Heyətində olublar.


AMEA-nın Rəyasət Heyətinin tarixi binası ilə tanış olan kursantlara binanın inşa olunma tarixi barədə məlumat verilib. Vaxtilə İsmailiyyə sarayı adlandırılan bu binanın əsasının tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulduğu və binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirdiyini qonaqların nəzərinə çatdırıb. Bildirilib ki, Müsəlman Xeyriyyə Cəmiyyəti üçün nəzərdə tutulmuş binanın layihəsini polyak memarı, mülki mühəndis İosif Ploşko hazırlayıb. Həmçinin Azərbaycan Elmlər Akademiyası yarandığı gündən bu quruma rəhbərlik etmiş bütün prezidentlər barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Daha sonra DSX-nin Xüsusi Məktəbinin kursantları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşüblər.


Akademik İsa Həbibbəyli kursantların bu elm ocağına ziyarətinin AMEA həyatında fərqli səhifə olduğunu və bu görüşün iki qurum arasında körpü rolunu oynadığını söyləyib. Fevralın 21-də Akademiyada Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri ilə baş tutan görüşü xatırladan alim bugünkü tədbirin qələmlə-silahın, ordu ilə ziyalının birliyinin, həmçinin elmlə silahlı qüvvələrin həmrəyliyinin əyanı sübutu olduğunu vurğulayıb.

AMEA rəhbəri 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildiyini diqqətə çatdırıb. O, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsinin ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbiti olduğunu deyib. Akademik İsa Həbibbəyli milli tariximizin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edildiyini, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığını, həmçinin 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edildiyini bildirib. O, 15 oktyabr 2023-cü il tarixində Xankəndidə Dövlət Bayrağımızın ucaldılmasının çoxillik böyük arzularımızın ənənəsi olduğunu qeyd edib.


“Müasir müstəqil Azərbaycanın dinamik inkişafının, Vətən müharibəsində qazanılan tarixi qələbənin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”, - deyən AMEA prezidenti bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi-ideoloji xətt, dövlətçilik istiqaməti Azərbaycan dövlətinin bütün dövrlər üzrə əbədi yol xəritəsidir.

Alim Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı ötən 20 ildə Azərbaycanın qazandığı uğurları əsaslı şəkildə diqqətə çatdıraraq hədəfləri açıqladığını və ölkəmizin davamlı inkişafını şərtləndirən amillər sırasında texnoloji tərəqqini xüsusi qeyd etdiyini söyləyib. XXI əsrin dünyada yeni elmi inqilab və texnoloji inkişaf çağı hesab olunduğunu deyən akademik İsa Həbibbəyli tarixə yeni nəsil müharibə kimi düşmüş İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarından, müasir silah və texnikalardan geniş istifadə edildiyini diqqətə çatdırıb.



AMEA rəhbəri kursantlara vətənpərvərlik keyfiyyətlərinin formalaşdırılmasının vacibliyini qeyd edib, peşəkar, vətənpərvər, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsinin önəmini vurğulayıb.

Sonra çıxış edən DSX-nin Xüsusi Məktəbinin müəllimi Cabir İsgəndərov səmimi qəbula və qonaqpərvərliyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

mənbə; www.science.gov.az
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031