AMEA prezidenti: "Məhəmməd Əmin Rəsulzadənin zəngin fəaliyyəti yenidən tədqiqata cəlb edilməlidir"
Elm və təhsil
Oxunub: 256
30 yan 2024 | 09:44

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Məhəmməd Əmin Rəsulzadənin zəngin fəaliyyətini yenidən tədqiqata cəlb etməyin zəruri olduğunu bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda keçirilən elmi konfransda deyib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixində mühüm rol oynamış siyasi, ictimai və ədəbi şəxsiyyətlərin zəngin irsinin, onların həyat və yaradıcılıqlarının dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsinin ölkədə strateji xətt kimi müəyyənləşdirildiyini qeyd edib: "Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən, bu il ölkədə görkəmli ictimai-siyasi xadim, AXC-nin banilərindən biri, əsas ideoloqu, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadəyə həsr edilən silsilə tədbirlər keçirilib. Sərəncamın icrasından irəli gələrək AMEA-da da tədbirlər planı hazırlanıb, artıq iki elmi müəssisədə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər təşkil edilib".

İ.Həbibbəyli bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin dövlət quruculuğundakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. Onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası orta əsrlər ədəbiyyatımız haqqında sanballı tədqiqat işi olmaqla yanaşı, dünya Nizamişünaslığının da mühüm nailiyyətlərindəndir. AMEA prezidenti Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” məqalələr toplusunu tarixi əhəmiyyətə malik qiymətli əsər kimi dəyərləndirib. O həmçinin mərhum professor Şirməmməd Hüseynovun Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini qeyd edib, alimin Rəsulzadə əsərlərini 5 cilddə toplayaraq çap etdirməsini xüsusi söyləyib. Məhəmməd Əmin Rəsulzadə irsinə diqqətin artırılmasının vacibliyini qeyd edən akademik ictimai-siyasi xadimin zəngin fəaliyyətini yenidən tədqiqata cəlb etmək, onun irsini daha dərindən öyrənmək, indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmaq və əsərlərini üzə çıxarmağın önəmini vurğulayıb.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Abid Tahirlinin “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyəti qurucuları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqındakı yazıları, həm onun yaradıcılığını dərindən öyrənmək, həm haqqında bəhs etdiyi xadimlərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq, həm də dövrün ictimai-siyasi, ədəbi-mədəni olayları ilə bağlı təsəvvürləri zənginləşdirmək baxımından əhəmiyyətlidir.

O qeyd edib ki, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin dövrünün salnaməsi kimi səciyyələndirə biləcəyimiz publisistik yaradıcılığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqaları haqqında publisistik məqalələri mühüm yer tutur. Publisistik, siyasi, ədəbi-tənqidi və elmi əsərləri ilə Azərbaycanın ictimai fikir tarixində iz qoymuş Məhəmməd Əmin Rəsulzadənin çoxşaxəli irsi haqqında son 30 ildə müxtəlif səpkili tədqiqat əsərlərinin yazıldığını deyən Abid Tahirli hazırda da bu istiqamətdə mühüm araşdırmaların aparıldığını, müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Digər məruzəmilər də Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyatından, onun Azərbaycanın ictimai fikir və istiqlal uğrunda mücadilə tarixində rolundan, həmçinin bolşevik rejiminə, kommunist ideologiyasına qarşı bənzərsiz xidmətlərindən və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Bu gün, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Bu gün, 12:23
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Bu gün, 12:07
Səudiyyə Ərəbistanı BƏƏ-ni qabaqlayaraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub
Bu gün, 11:47
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
17-11-2026, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
17-11-2026, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
17-11-2026, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
17-11-2026, 12:55
Xocalıda yeni tut bağları salınıb
17-11-2026, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
17-11-2026, 12:50
Sabahın hava proqnozu açıqlanıb
17-11-2026, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
17-11-2026, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
17-11-2026, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
17-11-2026, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
17-11-2026, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
17-11-2026, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
17-11-2026, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
17-11-2026, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
17-11-2026, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
17-11-2026, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
17-11-2026, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17-11-2026, 10:51
Milli iradənin tarix yazdığı gün
16-11-2026, 18:56
İmadəddin Nəsimi İrsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
16-11-2026, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
16-11-2026, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
16-11-2026, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16-11-2026, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30