Hacı Zeynalabdin Tağıyevin təhsilə verdiyi töhfələr...
Elm və təhsil
Oxunub: 234
25 yan 2024 | 11:56

Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.



AzEdu.az xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlib.



Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. 10 yaşında atası Tağıyevi bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 15 yaşında ikən Zeynalabdin bənnalıq etməyə başlayıb.



H. Z. Tağıyev Mərdəkanda bağçılıq məktəbi açmışdı. 1895-ci ildən fəaliyyətə başlayan bağçılıq məktəbinin xərclərini Tağıyev öz üzərinə götürmüşdür.



1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədilə külli miqdarda vəsait ödəmişdir.



Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərmişdi. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya getmişdi. H. Z. Tağıyev həmin tələbələrə də maddi yardım göstərmişdi.



Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci inqilabdan sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədilə bir sıra cəmiyyətlər yarandı.



Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. Bundan əlavə Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan "Kaspi qəzeti" dərc olunurdu. 1896-cı ildə memar K. B. Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən pasaj (BUM) bu gün də şəhərin ən yaxşı ticarət mərkəzlərindən biridir.

İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.

Dünən, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
Dünən, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
Dünən, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
Dünən, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
Dünən, 11:37
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
Dünən, 11:35
Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
Dünən, 11:33
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
Dünən, 11:31
Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq
Dünən, 11:20
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 11:18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
12-11-2026, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
12-11-2026, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
12-11-2026, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
12-11-2026, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
12-11-2026, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
12-11-2026, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
12-11-2026, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
12-11-2026, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
12-11-2026, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
11-11-2026, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11-11-2026, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
11-11-2026, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
11-11-2026, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
11-11-2026, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
11-11-2026, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
11-11-2026, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
11-11-2026, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30