Azərbaycanlı filosof alimin məqaləsi ABŞ-da dərc olunub
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şobəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “The Era of Heydar Aliyev, the Great Leader of the Azerbaijani People” (“Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü”) məqaləsi Amerika Birləşmiş Ştatlarının “Philosophy Study” jurnalında (Philosophy Study, August 2023, Vol. 13, No. 8, 359-368 doi: 10.17265/2159-5313/2023.08.005) çap olunub.
Məqalədə Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 80 illik keşməkeşli və şərəfli ömrü, əbədiyyətə qovuşduğu 20 illik tarixi mərhələdə idarəçilik siyasi modelinin tətbiqi və müstəqil Azərbayan Respublikasının banisi, milli lider fəaliyyətinin məzmun və mahiyyətini ehtiva edən dünyagörüşü təhlil edilir, yeni yanaşmalarla məntiqi-obyektivliklə dəyərləndirilir.
Sözügedən məqalə Xatirə Quliyevanın çapa hazırlanan “Heydərizm. Heydər Əlirza oğlu Əliyevin siyasət yolu” fundamental monoqrafiyasının bir yarım fəslindən qaynaqlanır.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva 2000-ci illərdən Ulu Öndər Heydər Əliyevin siyasi irsinin tədqiqatçısıdır. Alimin bu istiqamətdə “Heydər Əliyev və mənəvi-estetik dəyərlər (Azərnəşr. 2002)”, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” (Elm. 2019) monoqrafiyaları, “Ulu Öndər Heydər Əliyevin siyasətinin müdriklik gücü” (Kitabçapı. 2021), “Şuşa Bəyannaməsi” – Birlik və Həmrəylik Fəlsəfəsi” (Elm. 2021) məqalələr topluları və ölkədə və xaricdə bir sıra məqalələri çap olunub.
“The Era of Heydar Aliyev, the Great Leader of the Azerbaijani People” məqaləsi fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın Amerika Birləşmiş Ştatlarında çap olunan 3-cü məqaləsidir. Alimin “Worldview Consept. History and Modernty (İn The Context of Lotfi A.Zadehs Worldview) – (“Dünyagörüşü konsepsiyası. Tarix və müasirlik (Lütfi A.Zadənin dünyagörüşü kontekstində))” məqaləsi də ABŞ-ın nüfuzlu elmi jurnalında çapa qəbul edilib.




mənbə; www.science.gov.az
Bu gün, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Bu gün, 12:23
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Bu gün, 12:07
Səudiyyə Ərəbistanı BƏƏ-ni qabaqlayaraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub
Bu gün, 11:47
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
17-11-2026, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
17-11-2026, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
17-11-2026, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
17-11-2026, 12:55
Xocalıda yeni tut bağları salınıb
17-11-2026, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
17-11-2026, 12:50
Sabahın hava proqnozu açıqlanıb
17-11-2026, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
17-11-2026, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
17-11-2026, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
17-11-2026, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
17-11-2026, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
17-11-2026, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
17-11-2026, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
17-11-2026, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
17-11-2026, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
17-11-2026, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
17-11-2026, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17-11-2026, 10:51
Milli iradənin tarix yazdığı gün
16-11-2026, 18:56
İmadəddin Nəsimi İrsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
16-11-2026, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
16-11-2026, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
16-11-2026, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16-11-2026, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb