İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anarla görüş keçirilib
Elm və təhsil
Oxunub: 311
7 iyn 2023 | 10:22

İyunun 6-da AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Azərbaycanda təşkil olunması ölkəmizin türk dünyasının əsas elmi-mədəni mərkəzlərindən olduğunu isbat edən faktorlardan biridir. Festivalın uğurla davam etdiyini deyən akademik İsa Həbibbəyli tədbirin kitab həvəskarlarının böyük maraq və sevincinə səbəb olduğunu qeyd edib. O, festivalın ədəbiyyatın, mədəniyyətin, elmin və ictimai fikrin təbliği baxımından əhəmiyyətli platforma rolunu oynadığını vurğulayıb.

Kitab festivalı çərçivəsində görkəmli yazıçılarla, sənət adamları ilə görüşlərin keçirilməsi ənənəsinin bütün dünyada mövcud olduğunu söyləyən alim görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyətindən bəhs edib.

AMEA rəhbəri bildirib ki, Xalq yazıçısı Anar müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biridir: “Yazıçının yaradıcılığa başladığı dövrdə sovet ideologiyasının hökm sürməsinə baxmayaraq, o, müstəqil Azərbaycan ədəbiyyatı uğrunda mübarizə aparıb. Altmışıncı illərin ədəbi nəsli və həmin nəslin önündə gedən Anar müəllim vaxtilə Cəlil Məmmədquluzadənin, mollanəsrəddinçilərin başladığı milli ədəbiyyat ənənəsini yenidən bərpa edib, ona milli istiqlal məzmunu gətirməyi bacarıb”.

Akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın Azərbaycanda ideologiyadan kənar, xalqa xidmət edən ədəbiyyat yaratdığını və ədibin xalqımızı milli istiqlal uğrunda mübarizəyə hazırlayan ədəbiyyatın yaradıcılarından biri olduğunu qeyd edib. Bildirib ki, yazıçı müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən proseslərə sanballı töhfəsini verib. Yazıçının “Ağ qoç, qara qoç” əsəri müstəqilliyin mahiyyətini başa salan, onu qorumağın əhəmiyyətini izah edən möhtəşəm əsərdir. İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan ədəbiyyatında yeni dövrdə, XIX əsrdə müstəqillik uğrunda mübarizəyə həsr olunan əsərlər içərisində “Ağ qoç, qara qoç”la müqayisə olunacaq əsər yoxdur.

Akademiya prezidenti Xalq yazıçısı Anarın “Otel otağı” povestinin müstəqillik dövrünün başlanğıc çətinlikləri şəraitindəki mənəvi münasibətləri, açılan yeni dünyada baş verən real hadisələri və çıxış yollarını aydın şəkildə əks etdirdiyini, “Göz muncuğu” romanının isə müstəqil dövlətçiliyi qoruyub saxlamağın önəmini əbədi materiallar əsasında şərh etdiyini vurğulayıb.

Anarın türk dünyasında böyük nüfuza malik görkəmli yazıçı olduğunu söyləyən akademik İsa Həbibbəyli ədibin əsərlərinin Qərbin və Şərqin 40-a yaxın dilinə tərcümə olunduğunu diqqətə çatdırıb. O, Anarın bu yaxınlarda Türk dünyası ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladıb. Həmçinin yazıçının TÜRKSOY-un Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildiyini bildirib.

“Türk dünyasının böyük oxucu kütləsi Xalq yazıçısı Anarı yeni dövrün türk dünyası ədəbiyyatının lideri kimi qəbul edərək, yüksək qiymətləndirir”, - deyən AMEA rəhbəri yazıçının əsərlərinin türk dünyasına həsr olunmaqla yanaşı, açılan bütün dünyanı dərk etməyə və maraqlı hadisələri ədəbiyyata gətirməyə örnək olduğunu vurğulayıb. Bildirib ki, Anar XIX əsr dünya ədəbiyyatının əsas yaradıcılarından biridir. Onun əsərləri dünyanın əbədi mirasına, əbədi sərvətinə çevrilmişdir.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın müasir ədəbiyyatımızın müdrik, uzaqgörən, mütəfəkkir simalı Dədə-Qorqudu olduğunu qeyd edib.

Daha sonra Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, şair Gülşən Behbud və Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən, “Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edərək yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.

Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına, diqqətli oxucularına minnətdarlığını bildirib.





mənbə;www.science.gov.az saytına istinad
13-11-2026, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13-11-2026, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13-11-2026, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
13-11-2026, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
13-11-2026, 11:37
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
13-11-2026, 11:35
Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
13-11-2026, 11:33
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
13-11-2026, 11:31
Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq
13-11-2026, 11:20
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
13-11-2026, 11:18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
12-11-2026, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
12-11-2026, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
12-11-2026, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
12-11-2026, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
12-11-2026, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
12-11-2026, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
12-11-2026, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
12-11-2026, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
12-11-2026, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
11-11-2026, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11-11-2026, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
11-11-2026, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
11-11-2026, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
11-11-2026, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
11-11-2026, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
11-11-2026, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
11-11-2026, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30