Azərbaycan Moda Həftəsi keçiriləcək
Mədəniyyət
Oxunub: 258
30 noy 2023 | 10:34

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində 2-3 dekabr tarixlərində Azərbaycan Moda Həftəsi (“Azerbaijan Fashion Week”) keçiriləcək.

“Report”un xəbərinə görə, layihə məhz dəb sahəsində çalışan dizaynerləri, alıcıları, yerli və xarici media nümayəndələrini, eləcə də bu sahəyə marağı olan hər kəsi əməkdaşlıq üçün bir araya gətirən platformadır.

“Fashion Week” Azərbaycanın mühüm moda hadisələrindən biri olaraq ölkədə pərakəndə olaraq fəaliyyət göstərən və özlərini tanıtmağa çalışan modelyer-dizaynerləri bir araya gətirəcək, Azərbaycanda bu sənayenin inkişafına töhfə verəcək.

Bu genişmiqyaslı layihə milli brendlərin təşviqi, moda sektorunun inkişafı, bu sahədə mövcud problemlərin həlli üçün alətlərin təkmilləşdirilməsi istiqamətləri üzrə, habelə dəb, dizayn və ümumilikdə mədəniyyət sahəsində birgə əməkdaşlığa xarici həmkarları cəlb edəcək.

Azərbaycan Moda Həftəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan, həmçinin ölkədə fəaliyyət göstərən moda məktəblərinin gənc modelyer-dizaynerləri üçün “Azərbaycanın Moda Yüksəlişi” Müsabiqəsinin (Azərbaycan Fashion Forward) təqdimatı və tanınmış modelyer-dizayner Orxan Sultanın ustad dərsi keçiriləcək. Tədbir dekabrın 2-də saat 12:00-da “Yaradıcı qovşaq” (Kreativ Hab) tədris və inkubasiya mərkəzində baş tutacaq.

Moda Həftəsinə dekabrın 3-də saat 19:00-da “The Ritz-Carlton Hotel”ində keçirilməsi planlaşdırılan dəb nümayişi ilə yekun vurulacaq. Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan olan dizaynerlər öz kolleksiyalarını təqdim edəcəklər.
Dünən, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
Dünən, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
Dünən, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
Dünən, 12:55
Xocalıda yeni tut bağları salınıb
Dünən, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
Dünən, 12:50
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
Dünən, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
Dünən, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
Dünən, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
Dünən, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
Dünən, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
Dünən, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
Dünən, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
Dünən, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
Dünən, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
Dünən, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Dünən, 10:51
Milli iradənin tarix yazdığı gün
16-11-2026, 18:56
İmadəddin Nəsimi İrsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
16-11-2026, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
16-11-2026, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
16-11-2026, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16-11-2026, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
16-11-2026, 11:57
Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
16-11-2026, 11:55
Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb
16-11-2026, 11:53
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
16-11-2026, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30