Aparılan tədqiqatlar Basqal qalasının sahəsinə görə Azərbaycanda ən böyük qala olduğunu göstərir
Mədəniyyət
Oxunub: 231
21 noy 2023 | 09:49

Prezident İlham Əliyevin “Basqal Dövlət Tarix Mədəniyyət Qoruğu haqqında” 3 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Dövlət Turizm Agentliyinin sifarişi əsasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Basqal arxeoloji ekspedisiyası tərəfindən Basqal qəsəbəsi və ətraf ərazidə aparılan arxeoloji tədqiqatlar bu il də davam etdirilib.

Builki tədqiqatlar qəsəbənin Cənub-Qərb tərəfində olan “Qalalar” ərazisində aparılıb. “Qalalar” ərazisi uzun illər Basqal və ətraf kəndlərin sakinləri tərəfindən bağ və əkin sahəsi kimi istifadə olunub. Ötən əsrin 70-ci illərində isə ərazi 70-80 santimetr dərinliyində şum edilərək, üzüm bağı salınıb. Yaşlı sakinlərin dediklərinə görə, müxtəlif vaxtlarda təsərrüfat işləri görülərkən “Qalalar” ərazisindən bəzi maddi mədəniyyət nümunələri, o cümlədən saxsı qablar və sikkələr aşkar olunub.

Ötən əsrin 60-cı illərində ərazidə kəşfiyyat işləri aparan arxeoloq Fazil Osmanov hesabatlarında həmin nümunələrin xronoloji baxımdan antik və erkən orta əsrlərə aid olduğunu qeyd edib. Bununla belə ərazidə hər hansı qala və ya digər fortifikasiya elementləri olduğu barədə indiyədək nə yazılı qaynaqlarda, nə də yaddaşlarda heç bir məlumat olmayıb. İnsanlar yalnız ətraf kəndlərin sakinlərinin zaman-zaman “Qalalar” ərazisindəki tikinti qalıqlarını dağıdaraq, daşını daşıyaraq ev, hasar və ictimai binalar inşa etdiklərini xatırlayırlar. Lakin Dövlət Turizm Agentliyinin əməkdaşları ilə əraziyə aid peyk görüntüləri incələnərkən orada kifayət qədər geniş ərazini əhatə edən fortifikasiya sisteminin olduğu ehtimalı üzə çıxıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin və Basqal arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev sözlərinə, bundan sonra Basqal arxeoloji ekspedisiyası tərəfindən ərazidə ilkin arxeoloji tədqiqatlara başlanılıb. Bir ay 10 gün ərzində “Qalalar” ərazisində 7 yerdə kəşfiyyat qazıntısı aparılıb. Elə ilk yoxlama qazıntısı ehtimalların heç də əsasız olmadığını təsdiqləyib. Ərazinin Cənub-Qərb tərəfində uzunluğu 25 metr, qalınlığı 1,7 metr, salamat qalmış hissədə hündürlüyü 2 metrdən artıq olan qala divarı aşkarlandı. Qala divarı qismən yonulmuş qaya daşları və palçıq məhlulundan istifadə edilməklə inşa olunub.

Qafar Cəbiyev deyir ki, bu cür inşaat ənənəsi ətraf ərazidə son Antik və Erkən orta əsrlər dövründən etibarən çox geniş yayılıb. Hansı ki onun ilkin nümunəsi hələ keçən əsrin 80-ci illərində yaxınlıqdakı Qırılartəpə abidəsində aşkarlanmışdı. “Tədqiqatları davam etdirərək “Qalalar” ərazisinin digər tərəfləri boyunca da qala divarlarının olub-olmadığını müəyyən etməli olduq. Bu məqsədlə ərazinin Qərb kənarları boyunca iki yerdə yoxlama qazıntısı aparıldı. Birinci halda IV qazıntı sahəsi uzunluğu 8 metr, eni-qalınlığı 1,7 metr olan qala divarı aşkarlandı. Divarın içəri tərəfi boyunca isə daş döşənmiş səki qeydə alındı. Şimal-Cənub istiqamətində olan Qərb divarının orta hissədə nisbətən şərqə doğru istiqamətlənərək dirsək əmələ gətirdiyi yerdə növbəti yoxlama qazıntısı (V qazıntı sahəsi) aparılarkən orada qala bürcləri və qalanın Qərb qapısı üzə çıxarıldı. Mütəxəssislərin fikrincə, qala qapılarının olduğu yer adətən fortifikasiya qurğularının ən zəif və müdafiəsi çətin təşkil olunan hissəsi hesab edilir. Bu səbəbdən də qala qapılarından qala divarlarına çətin relyefi olan hissələr açılırdı. Basqal qalasında da belədir. Yəni, qala qapısı olan ərazinin qarşısı dərin dərədir. Oradan qalaya hücum təşkil etmək olduqca çətindir. Bu şəraitdə təbii ki, qalanın müdafiəsini təmin etmək o qədər də çətin deyil. Əhəmiyyətli məqamlardan biri də odur ki, divarlar həm Cənuba, həm Şərqə, həm də Qərbə doğru davam etməkdədir. Sadəcə qala divarlarının qalıqlarının olduğu yerləri bütünlüklə kol-kos basıb. Yalnız nizamsız şəkildə ətrafa səpələnmiş daşlar nə vaxtsa orada tikinti qalığı olduğu barədə düşünməyə əsas verir”.

Beləliklə, “Qalalar” ərazisində aparılmış ilkin tədqiqatlar onu deməyə əsas verir ki, orada təqribən 35-40 hektar sahəni əhatə edən və qala divarlarının ümumi uzunluğu (perimetri) 3500 metrə yaxın olan böyük qala olub. Başqa sözlə, Basqal qalası sahəsinə görə indiyədək Azərbaycan ərazisində məlum olan qalaların ən böyüyüdür.

Abidənin dövrünü və xarakterini müəyyən etmək məqsədilə qala divarları daxilində 4 yerdə yoxlama qazıntısı aparılıb. Onlardan birində təqribən 1,5 metr dərinlikdə 3,5 metr uzunluğu olan kürəbənd qalığı aşkar edilib. Kürəbənd enli və yastı daşlardan istifadə olunmaqla tikilib. Altı, kənarları, üstü daşla hörülüb. Kürəbəndin maillik istiqaməti onun “Qalalar” ərazisindən kənara istiqamətləndiyini deməyə əsas verir.

Maraqlıdır ki, yerli sakinlər həmin ərazidə nə vaxtsa hamam olduğunu söyləyirlər. Görünür, aşkar olunan kürəbənd də məhz həmin hamamın çirkab sularının “Qalalar” ərazisinin qərbindəki, yarğana axıdılmasına xidmət edib. Tədqiqat aparılan digər 3 yerdə isə ərazidə yaşayış qatının, yəni mədəni təbəqənin mövcudluğuna və onun xarakterinə dair hələlik elə də ciddi materiala rast gəlinməyib. Doğrudur, ərazinin demək olar ki, hər tərəfində yer üstünə səpələnmiş yonulmuş daşlar görünür. Bu, onların nə vaxtsa və hansı formadasa tikintidə istifadə olunduğundan xəbər verir. Həmin tikintilər haradadır?! Onların dövrü və quruluşu barədə nə demək olar? Bu suallara sözsüz ki, yalnız və yalnız gələcək tədqiqatlar aydınlıq gətirə bilər. Hələlik isə tikinti xususiyyətlərinə və ərazidən son Antik və Erkən orta əsrlər dövrünə aid aşkar olunan maddi mədəniyyət qalıqlarına əsasən, Basqal qalasının Erkən orta əsrlərdə Albaniya ərazisində inşa olunmuş feodal qalalarından biri olduğunu ehtimal etmək olar.






AzərTac
Dünən, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
Dünən, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
Dünən, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
Dünən, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
Dünən, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
Dünən, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930