AMEA-nın PREZİDENTİ, AKADEMİK İSA HƏBİBBƏLİYƏ HESABAT VƏ YA MÜRACİƏT
Gündəm / Elm və təhsil
Oxunub: 460
7 fev 2024 | 07:42

Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru

AYDIN ƏLİZADƏNİN PROFESSORLUĞA SAXTA FORMADA TƏQDİM OLUNMASINA YENİ SÜBUTLAR VƏ ONUN YALANÇILIĞI, QORXAQLIĞI VƏ MƏNİ TƏHDİDLƏRİ HAQQINDA ...



Çoxhörmətli akademik İsa Həbibbəyli!

Geniş ictimaiyyət artıq mənim ciddi sübutlarımla Aydın Əli-Zadə adlı, saxtakarlıq edərək özünü bir çox elm və yaradıcılıq sahələrinin nümayəndəsi kimi qələmə verən, ancaq əsl mahiyyətdə Azərbaycan Dövlətinin əleyhinə, Azərbaycan xalqının, Türk millətinin ziddinə, həmçinin milli əxlaq ənənələrinə qarşı(sarı ədəbiyyatın təbliğini istəyən) yazıların müəllifini tanıyır. Sizə, dünyanın(!) saf qəlbli, səmimi və tolerantlıq ruhlu insanına da onu bir az tanıtmaq istəyirəm. Bu Müraciətlə məsələdən yaxından halı olmağınızı və içimizdəki bu "düşmənə" tolerantlıqla deyil, ədalət hissi ilə qiymət verməyinizi xahiş edirəm.
Mən onun Azərbaycan milli mentalitetinə xas olmayan xarakterini də məhkəmə proseslərində və xüsusən barəmdə verdiyi Xüsusi İttiham Qaydasında Şikayəti savadsız və cəfəngiyyat yazdığı üçün 25 yanvar tarixində Nizami rayon məhkəməsində icraata alınmaqdan İMTİNA EDİLDİYİ HALDA utanmazcasına Facebook sosial şəbəkəsindəki ermənilər qarışıq minlərlə üzvü olan Şəxsi səhifəsində, SİZƏ - AMEA prezidenti akademik İsa Həbibbəylyə, AMEA İEB-nin akademik katibi Gövhər Baxşəliyevaya, Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şura Üzvlərinə ünvanladığı Hesabat yazısında QALİB GƏLDİYİNİ YAZMASI İLƏ, məni Apellyasiya Şikayətimi geri götürmək üçün e.mailimə göndərdiyi 2 TƏHDİD məktubu ilə tanımışam.





Aydınlıq üçün onun bu yalanlar dolu, özünə haqq qazandıran saxtakarlıq mahiyyətində Hesabatından konkret misalları diqqətinizə çatdırıram.
Aydın Əli- Zadə: “Mənə qarşı Xatirə Quliyevanın iddiasını Səbayıl məhkəməsi mahiyyət etibarı ilə rədd etdi. Mənim ona qarşı ittihamımı isə Nizami rayon məhkəməsi mahiyyətinə görə deyil, texniki məsələlərə görə təmin etmədi. Məhkəmə hesab etdi ki, "Cahan+" informasiya agentliyinin ünvanı və Xatirə Quliyevanın yaşayış yeri məlum olmadığından cinayətin harada baş verməsi məlum deyil. Bundan başqa mən, xüsusi ittihamçı kimi ona veriləcək cəzanın dərəcəsini yazılı olaraq qeyd etməmişəm”.


Çoxhörmətli akademik İsa Həbibbəyli!

Qısa arayış verirəm: Səbail rayon məhkəməsi 01 dekabr 2023-cü ildə Aydın Əli-Zadənin mənim barəmdə Xüsusi İttiham Qaydasında Şikayətini mənim ünvanım Nizami rayonunda olduğunu gördüyü halda İşi qeydiyyata almışdı.


• İş hakim Azər Tağıyevin icraatına verilmiş və o, 01.12.2023-cü il tarixdə AR e.mehkeme portalında Səbail rayonunun digər işləri yüklənsə də Aydın Əli-Zadənin mənim barəmdə Xüsusi İttiham Qaydasında Şikayətini e.mehkeme portalına yükləməyərək öz marağına görə qaydaları taptalamışdı.
• Hakim Azər Tağıyev Aydın Əli-Zadənin mənim barəmdə olan Xüsusi İttiham Qaydasında Şikayətini mənə göndərməmişdi.
• Hakim Azər Tağıyev Xüsusi İttiham Qaydasında Şikayətin 7 dekabrda 1-ci hazırlıq iclasına mənə məlumat – Bildiriş göndərməmiş və mühüm məlumatı e.mehkeme portalına yerləşdirməmişdi. E.mailimə də məlumatlandırmalar göndərilməmişdi.
• Hakim Azər Tağıyev məni prosesdə müdafiə etməsi üçün AR Vəkillər Kollegiyasına zəruri qanuni şərt - vəkil istəyi üçün Məktub göndərməmiş və bu barədə sənəd e.mehkeme portalına yüklənməmişdir.
Mən barəmdə verilmiş Xüsusi İttiham Qaydasında Şikayətdən Hakim Azər Tağıyevin 14.12.2023 tarixdə keçiriləcək 2-ci hazırlıq iclası barədə 07.12.2023 tarixdə hakim Azər Tağıyev tərəfindən mob. Telefonuma gələn mesaj vasitəsi ilə xəbər tutmuşam. Məhkəməyə zəng etdikdə mənə Şikayət ərizəsi ilə tanış olmaq üçün qanuna zidd şəkildə məhkəməyə gəlməyim bildirilmişdir. E.Portala həmin gün Səbail rayon məhkəməsindən məlumatlar yükləndiyi halda mən niyə barəmdə Şikayətlə tanış olmaq üçün Səbail məhkəməsinə gəlməliydim?! Məndən də rüşvət alınması üçün!?
• Məhkəmənin e.mailinə məktub yazıb 2-ci qrup əlil olduğuma görə və şəhərdə yaşadığım bina söküldüyü səbəbilə Vişnovka bağlarında (yoldan çox uzaqda) yaşadığım əsası ilə barəmdə olan Xüsusi İttiham Qaydasında Şikayətlə tanış olmaq üçün məhkəməyə gələ bilməyəcəyimi hakim Azər Tağıyevin məhkəmə katibinə bildirmişəm. Şikayətin və s. e.mehkeme portalına yerləşdirilməsini xahiş etmişəm. Lakin xahşim nəzərə alınmayıb.Niyə?! Çünki hakim Azər Tağıyev 07.12.2023-cü il tarixdə hazırlıq iclası adı ilə Aydın Əli-Zadə ilə görüşüb onun xeyrinə işə baxacağı NƏTİCƏSİNƏ gəliblər, mənim də məhkəməyə gələməyim ikinci gəlirin qarşısını aldığı üçün qanunlar və mənim varlığım HEÇƏ sayılıb!
• Belədə mən məhkəmə katibi Aysel Mehdiyevə “minnətçi düşüb” onun mənə şəxsi qaydada Şikayəti e.mailimə göndərməsini xahiş etmişəm. Uzun-uzadı yalvarışlarımdan sonra məhkəməyə 01.12.2023-cü ildə daxil olmuş barəmdə olan Xüsusi İttiham Qaydasında Şikayəti e.mailimə 11.12.2023-cü il tarixdə (saat 11.43) göndərmişdir. Yenə e.mehkeme portalına yerləşdirilməmişdir!
Hakim Azər Tağıyev tərəfindən e. Mehkeme portalına bu İş yalnız mənim Səbail rayon məhkəməsinə sürəkli şikayətlərim və cahanplus.com saytında yayımldığım “I HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”...”(https://cahanplus.com/gundem/5231-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html); II HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”...”(https://cahanplus.com/gundem/5232-ii-hisse-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html başlıqlı yazılardan sonra 16.12.2023-cü il tarixində yüklənmişdir. O tarixə kimi mənim barəmdə 1(009)-361/2023 saylı Xüsusi İttiham Qaydasında Şikayət Azərbaycan Respublikasının e.mehkeme portalında mövcud olmamışdır. Niyə-sinin səbəbi hakimin hazırlıq iclası adı ilə Aydın Əli-Zadə ilə təklikdə görüşməsidir! Üstəlik ümimiyyətlə bu Şikayətin Səbail rayon məhkəməsinə cavabdehin ünvanı mahiyyətində aidiyyəti yox idi!..
• Hakim Azər Tağıyev 14.12.2023-cü il tarixli hazırlıq iclasında mənim media yazıları ilə onun yuxarıda sadaladığım qanunsuzluqlarını tənqid etməyimi vurğulamış, “məni tanımırsız”- sözləri ilə təhdid etmiş, hazırlıq iclası adı ilə təklikdə görüş keçirdiyi Aydın Əli-Zadə ilə çox mehriban münasibətdə olmuş, məni müdafiə adı ilə iclas zamanı öz şəxsi telefonu ilə çağırdığı vəkilə İttihamçıya kömək etməsi üçün məsləhətlər vermiş, mənə 1- 2 dəqiqə belə çıxış verməmişdir.
• Ən əsas məsələ hakim Azər Tağıyev mənim tənqidi yazılarımdan, məsələnin ictimailəşməsindən narahat olaraq gözü dalıyca qala-qala Aydın Əli-Zadənin barəmdə olan Xüsusi İttiham Qaydasında Şikayətini məcbur halında mənə daxilindən, hətta üz cizgilərindən, səsindən və sözlərindən ucalan “qərəz bombası” hücumlarla Nizami rayon məhkəməsinə göndərmişdir!


Çoxhörmətli akademik İsa Həbibbəyli!

İndi isə mənim 10.01.2024-cü il tarixdə Aydın Əli-Zadənin özünün Facebook sosial media səhifəsində və qaynarinfo.az saytında məni “böhtançı, cəfəngiyyatçı, şaiyə yayan” kimi qələmə verməsindən narazı olaraq qeydiyyatı Səbail rayonu olduğu üçün bu məhkəməyə onun barəsində verdiyim Xüsusi İttiham Qaydasında şikayəti məni – barəsində şikayət olunan şəxsi çağırmadan İttihamçı - Aydın Əli-Zadə ilə hazırlıq iclası bəhanəsilə təklikdə görüşmüş hakim Azər Tağıyevin icraatına almasından və qanuna, vicdana, milli mentalitetə zidd hərəkətlərindən bəhs edirəm!..


• Beləki, hakim Azər Tağıyev 19.01.2024-cü il tarixdə hazırlıq iclasında bildiyi haldaki təqsirləndirilən Aydın Əli-Zadənin faktiki ünvanı Xəzər rayonu, Mərdəkan qəsəbəsidir və necə (məcbur olaraq) onun Şikayətini Nizami rayon məhkəməsinə göndərib, mənim də Şikayətimi Xəzər rayonuna göndərməlidir, qanunları taptalayaraq İşi icraatına aldı. Məhkəmə prosesləri audio-vidio lentə alınırsa Azər Tağıyevin keçirdiyi 14.12.2023-cü il tarixli hazırlıq iclasının Protokolu sübut edə bilər ki, Aydın Əli-Zadə hakimə Mərdəkanda bağda qaldığını demişdir! Sonra, hakim Azər Tağıyev imkan düşmüşkən 2 dəfə məqsədli olaraq “Aydın Əli-Zadənin Şikayətinə baxılır”, -deməklə və mənə qarşı açıq surətdə hörmətsizlik ifadə edən atmacalar, mimik cizgilərlə onsuz da kritik hala gətirilmiş səhhətimin pisləşməsinə səbəb oldu. 2-ci qrup əlil, insult keçirmiş 62 yaşda ağır şəkər xəstəsi (dilim-ağzım qurudu) su istəməli oldum. Allahın suyunu gətirməyə xeyli gec icazə verdi. Halbuki, düz 10 gün əvvəl (09.01.24 tarixdə) Ali məhkəmədə halım pisləşəndə Təcili yardım çağırılmışdı!.. Mən ona əlillik dərəcəmin əsası – şikəst sağ əlimlə Etiraz yazdım. Məhkəmə prosesləri audio-vidio lentə alındığı üçün Etirazımı şifahi şəkildə geniş əsaslandırdım. O, Müşavirə otağına gedib, 1 dəqiqə olmamış qayıdaraq Etirazımı rədd etdi. Halbuki, köhnə, qədim, hündür Səbail rayon məhkəməsində sədrin, eləcə də hakimlərin otağı yuxarı qatlardadır və hakimin yuxarı çıxıb qayıtması üçün azı 10-15 dəqiqə vaxt lazımdır. Bu 1 dəqiqəyə dönüş hakim Azər Tağıyevin Etiraz ərizəsini məhkəmə sədrinə bildirməməsini obyektiv-məntiqi surətdə təsdiq edir.
• Mənim səhhətim getdikcə pisləşirdi (Nərimanov rayonunda 20 dekabrda ürəyim gedib, bacımın tələbi ilə həkim gəlib, 9 yanvarda Ali məhkəmədə qəbulda halım pislşib təcili yardım çağırılıb) və İttiham şikayətimdən imtina kimi qəbul ediləcəyini belə qəbul edərək hakim təklikdə görüşüb böyük ehtimalarla rüşvət aldığı Aydın Əli-Zadə ilə və yenə telefonla çağırdığı vəkillə işbirliyində əleyhimə çıxışlarına dözə bilməyərək hakim “müşavirə otağına” gedirəm, deyib çıxdıqda mən də sübutlarımı yığışdırıb, paltomu geyinib zaldan çıxdım.
• Bu vaxt “müşavirə otağına” getmək adı ilə çıxmış hakim Azər Tağıyevi polislə söhbət edən gördüm. Mənə bir daha aydın oldu ki, Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin “müşavirə otağı” polis postudur.
• Əsas məsələ, hakim Azər Tağıyev məni qapının önündə görən kimi qayıtmağımı əmr edərək bağırmağa başladı. Ona İttihamçı olduğumu və səhhətimlə bağlı getməli olduğumu, cinayət edirəmsə, cinayət işi açarsız, gedirəm, - dedim. Hakim Azər Tağıyev İttihamçının ittihamından İmtina etmək Hüququnu, deməli qanunları, mənim alim-ziyalı, yaşlı qadın, 2-ci qrup əlil, rəng-ruhumdan görünən səhhətimin pis olduğunu nəzərə almadan əlindən ovunu verməmək üçün mübarizə aparan canlılar kimi mənə xeyli yaxınlaşaraq iri gövdəsi ilə sözün hərfi mənasında məni fiziki formada təzyiqlə (zorla) geri qaytardı.Niyə?! Niyə?! Aydın Əli-Zadə ilə məni çağırmadığı 07.12.2023 tarixdə hazırlıq iclası adı qoyduğu təklikdə görüşdən məmnun, çox məmnun qalıbmış!.. Xüsusi olaraq vurğulayıram ki, məhz Azər Tağıyev, Mehriban Əfəndizadə kimi hakimlər - “Görünən dağa nə tərif”- bizim ölkəmizin məhkəmə sistemini AŞPA-ların önündə haqsız çıxardırlar!

• ... Zala keçdiyim anda telefonumdakı Azan proqramı səsləndi. Sağ əlim şikəst olduğu üçün söndürə bilmirdim. Hakim yaxınımda olsa da alıb söndürmədi. 2-3 dəqiqə özümün söndürməyimi gözlədi və sonra keçib Qərarını oxumağa başladı. O Qərarı oxuyub bitirənə kimi Azan davam edirdi. Qanunlar isə Məhkəmə Qərarının aydın şəkildə Elan olunmasını əsaslandırır! Aydın Əli-Zadə ilə məni çağırmadığı 07.12.2023 tarixdə hazırlıq iclası adı qoyduğu təklikdə görüşmüş və bütövlükdə e.mehkeme portalına heç bir sənəd yükləmədən qaranlıq məhkəmə icraatı düzəltmiş hakim Azər Tağıyev üçün nə Qərar, nə Qanun, nə AŞPA!.. Hələ əlinə girəvə keçməsini gözləyir ki, dediyini eləsin– mənim üçün cinayət İŞİ açsın! Neyləmişəm?! yuxarıda sadaladıqlarımı mediada işıqlandırıb onu tənqid etmişəm! Neyləmişəm?! Qanunlara zidd keçirdiyi iclasa görə əvvəl Etiraz yazmışm, sonra İttihamçı olduğum hüququ ilə tərk etmək istəmişəm?! Belədə Cinayət işi açarlar?! Yox! Ola da bilər ki, hakim Azər Tağıyevin Ürəyində Aydın Əli-Zadənin həbsimi istədiyi barəmdə olan Xüsusi İttiham Qaydasında Şikayətini – Nizami Məhkəməsinə göndərməyə məcbur olduğu qalıb! Mənim Aydın Əli-Zadənin Azərbaycan Dövləti əleyhinə “çıxışları”na 300 səhifədən çox sübutlarımı, 4 tutarlı faktlarla tənqidi media yazımı SAYA SALMADAN MƏNİ HƏBS EDƏCƏKMİŞ, ƏLİNDƏN ÇIXIB!..

• Beləliklə, Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev 19.01.2024-cü il tarixli Qanunsuz QƏRARINI Qərarı qanunlara zidd şəkildə elan etdi!


Çoxhörmətli akademik İsa Həbibbəyli!

BUDUR Hakim Azər Tağıyevin Qərarının Hüquqi Qanunsuzluq Müddəaları:
1. Baki Şəhəri Səbail Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarı ilə Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair mənim xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.
2. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Məhkəmə, hərəkətlərindən şikayət edilən Əli-zadə Aydın Arif oğlunun əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir”. Məhkəmə həmçinin qərarı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 293.3.1-293.3.7, 302.1.3, 302.1.7-ci maddələri ilə əsaslandırmışdır.
3. Aşağıdakılara əsasən Baki Şəhəri Səbail Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarını qanunsuz və əsassız hesab edirəm:
4. CPM-nin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir.
5. Eyni zamanda qeyd etmək zəruridir ki, CPM-nin 299.3.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır.
6. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir.
7. Əvvəla, birinci instansiya məhkəməsi mənim məhkəməyə təqdim etdiyim Xüsusi İttiham Qaydasında Şikayətin məzmunun CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı barədə qənaətə gəlsə də, bu maddədə sadalanan tələblərin hansı birinin pozulduğunu dəqiqləşdirməmişdir. Həmin maddədə xüsusi ittiham qaydasında verilən şikayətlərə dair 7 tələb irəli sürülüb, bu tələblərin hər biri də kifayət qədər bir-birindən fərqlənir. Bu səbəbdən məhkəmə tərəfindən mövqeyi dəqiqləşdirmədən onun bu arqumentinin təkzib edilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin bu arqumentini Qanunlarımızdan çıxış edərək şablon və stereotip arqument hesab edirəm.
8. Digər tərəfdən birinci instansiya məhkəməsinin “Xüsusi İttiham Qaydasında Şikayət əsassızdır və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir” arqumentinə gəldikdə isə deyə bilərəm ki, məhkəmənin bu arqumenti açıq aşkar əsassızdır.
9. Beləki, mənim məhkəməyə təqdim etdiyim Xüsusi İttiham Qaydasında Şikayətimdə xüsusi olaraq qeyd olunub ki, “Aydın Əli-Zadə necə deyərlər eyibinə kor olmaqdansa son ümid kimi yeni Facebook sosial şəbəkəsindəki səhifəsində (https://www.facebook.com/aydin.alizadeh2) haqqımda böhtan və təhqir yazaraq onu - Elmi və Siyasi ictimaiyyətdə Ulu öndər Heydər Əliyevin tədqiqatçısı kimi tanıyan, xalqın elmini xaricdə belə yüksək səviyyədə təmsil edən Xatirə Quliyevanı qəsdən nüfuzdan salmağa çalışmışdır: “Hörmətli AMEA Fəlsəfə və Sosiologiya institutunun elmi işçiləri! "Multikulturalizm və tolerantlığın fəlsəfəsi" şöbəsinin müdiri Xatirə Quliyeva mənim tərəfimdən KİV-lərdə və sosial şəbəkələrdə böhtan və təhqirlər yağdırdığına, işgüzar nüfuzuna ləkə gətirdiyinə və AMEA rəhbərliyi qarşısında barəmdə yalanlar yaydığına görə məhkəməyə verilib.” Aydın Əli- Zadə ölkə mediasına onun böhtançı olduğu barədə də məlumatlar verərək onu nüfuzdan salmağa çalışmışdır və bu onun səhhətimə və yaradıcılığına zərbə vurmuşdur.”
10. Bundan əlavə mən Aydın Əliz-Zadə barədə verdiyim Xüsusi İttiham Qaydasında Şikayətimdə qeyd etmişəm ki, “habelə ölkədə çoxsaylı izləyiciləri olan Qaynar info.az (A.Əli- Zadənin əxlaqa zidd yazılarının çap edən Kult.az saytının redaktoru hazırda bu saytın direktor müavinidir) saytında 10 yanvar 2024-cü il tarixlində yayımlanmış məlumatda və qısa vaxtda bir çox saytın geniş şəkildə yayılmış məlumatlarında məqsədli olaraq məni böhtançı, şaiyələr yayan adlandırmaqla ölüm həddinə (tibbi sənədləri əlavə edir) gətirmişdir.”
11. Beləcə, mən şikayətimdə Aydın Əli-Zadənin mənə necə böhtan atdığını və təhqir etdiyini qeyd etmişəm. Hətta bu böhtan və təhqirin harda yayıldığını qeyd etmişəm. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətlərin baş verməsi üçün böhtan və təhqir təşkil edən məlumatların yayılması faktının baş verməsi zəruridir. Mən də belə yayılmanı göstərən Aydın Əli-Zadənin Facebook sosial şəbəkəsindəki səhifəsini və Qaynar info.az saytında 10 yanvar 2024-cü il tarixlində yayınlanmış məqaləyə istinad etmişəm. Həmçinin bu facebook səhifəsinin və məqalənin sürətini məhkəməyə təqdim etmişəm. Belə olan təqdirdə məhkəmənin “şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir” qənaətinə gəlməsi əsassızdır.

12. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləki, Aydın Əli-Zadə Səbail rayonunda qeydiyyatda olsa da uzun illərdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayır. O bunu hakimə bildirmişdir. Bu baxımdan hakim Azər Tağıyevin öz marağında olduğu üçün İşi aidiyyəti üzrə Xəzər rayonuna göndərməməsi də qanuna ziddir.

13. CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Hakim Azər Tağıyev isə İşə baxaraq Qərar qəbul edib.

Çoxhörmətli akademik İsa Həbibbəyli!

Yuxarıda yazdıqlarımdan aydın olduğu kimi Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin 7.12.2023 tarixində məni məqsədli olaraq çağırmadan hazırlıq iclası adı ilə Aydın Əli-Zadə ilə təklikdə görüşünü NƏTİCƏSİNDƏ Azərbaycan Dövlətinin adına ləkə olan, qərəzli məhkəmə baxışı olmuş, Qanuna, haqq-ədalət hissinə zidd Qərar qəbul edilmişdir!

Azərbaycan Dövlətinin Əleyhinə, Milli Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanununun bir çox maddələrinə zidd fəaliyyət göstərən, milli-dövlət mənafeyini taptalayan, pozuculuq işləri aparan, erməni mətbuatında Dövlət tariximizi təhrif edən (Heydər Əliyev: Tarixi təhrif etmək Xəyanətdir!”), dövlətimizin qüdrətini ermənilərlə müqayisədə heçə endirən, erməniləri hər şeydə bizdən üstün hesab edən, xalqımızı heyvan hesab edərək –balalamayın, nə vaxt dövlət əmr edər cütləşərsiz”- kimi təhqirlər yazan, Azətrbaycanlıların “oğ – ş"-lıqda çempion olduqlarını, türklərin “oğ - ş” olduqlarını yazan, “Adam kişi olmaz”, “namus-qeyrəti yığışdırın”, “Azərbaycanda heç vaxt islahat olmayacaq!, Azərbaycan partlayacaq!, türklər qırılmalıdır!, “İslam Türklərin dini deyil” və 100-lərlə xalqı, milləti təhqir edən fikirlərəri kütləvi mediada yayan Aydın Əli-Zadə isə Azər Tağıyevin mənim Şikayətimi mahiyyəti üzrə rədd etdiyini yazaraq Sizləri aldadır! Eyni zamanda hakimin 1 iclasla - hazırlıq iclasında Aydın Əli-zadə ilə üst-üstə düşən öz marağına xidmət etdiyini təsdiqləyir. Məhkəmə qanunvericiliyində hər bir İŞİN əvvəl hazırlıq iclası olur, sonra işə mahiyyəti üzrə baxılır.

Айдын Ализаде: Азербайджанцы, ничего не дали миру, тюрки перенимали всю культуру, куда они пришли
[media= https://www.youtube.com/shorts/9BKslFtWC4g]

[medium=left]https://cahanplus.com/uploads/posts/2

Mən Azər Tağıyevin bu Qanuna, haqq-ədalət hissinə zidd Qərarından Apellyasiya Şikayəti vermişəm.

Aydın Əli-Zadə mənim Apellyasiya Şikayətimi geri götürməyim üçün e.mail ünvanıma 2 Təhdid məktubu göndərib, diqqətinizə çatdırıram.Buyurun tanış olun! İkinci məktuba FİKİRLƏŞ başlığı qoyub ki, bu açıq-aydın “əgər geri götürməsəm...” mənə qarşı həyata keçirəcəyi, hətta qrup halında(bir azdan onun özünü dövlətçilik mövqeli, İlham Əliyevçi, Heydər Əliyevçi qələmə verən “silahdaşından” faktla danışacağam ) həyata keçiriləcək hansısa təxribatdan xəbər verir!..


AYDIN ƏLİ_ZADƏNİN 1-ci TƏHDİD MƏKTUBU:
https://e.mail.ru/inbox/0:17069624621108575367:0/
Gəl məhkəmələri bitirək

Aydın Əlizadə
3 февраля, 16:14
Кому:вам
Xatirə, mən sənə qarşı məhkəmə işini bitirdim. Gördüyün kimi nə səni tutdurmaq nə də təzminat almaq fikrim olmamışdır. Sadəcə sənin yalanlarından özümü müdafiə etmək üçün bu məsələni qaldırdım və məqsədə nail olan kimi bitirdim. Sənə də məsləhət görürəm ki, Apellyasiya məhkəməsinə verdiyin ərizəni geriyə götürəsən və işi bitirəsən. Mən işi apellyasiyaya verməyəcəyəm, bunu bil. Prokurorluğa da sənin saytının qanuniliyi haqqında müraciət etdim. Burada bir problem yoxdur. Ölkə qanunlarına hamı riayət etməlidir. Sənin qeydiyyatın varsa nə gözəl. Yoxdursa bunu edərsən ki fəaliyyətin qanuni olsun. Hələ mənə sağ ol da deyərsən.

Sakit və Azərlə bağlı verdiyin məlumata görə sağ ol. Bu barədə bilmirdim, xəbər verdin və həmən Hesabatda bunu qeyd etdim. Ancaq onların şikayətləri məndə yoxdur, onların məzmununu bilmirəm. Səndə varsa yolla mənə ki bilim. Həm də o şikayətlərin cavabı rəsmi verilibsə, onlalar haradadır? Bizim Akademiyaya ya instituta gəlib? Harada onları əldə edə bilərəm?

Hörmətlə, Aydın Əlizadə

https://science.gov.az/az/forms/doktora-nauk-instituta-filosofii-i-sotsiologii/3552


AYDIN ƏLİ_ZADƏNİN 2-ci TƏHDİD MƏKTUBU:

https://e.mail.ru/inbox/0:17069682511498535748:0/
Fikirləş
Aydın Əlizadə
3 февраля, 17:50
Кому:вам
Yaxşı. Məndən sənə təklif etmək idi. Bir az da fikirləş, əsəbləşmə. Hələ vaxtın var, ərizəni geri götür. Mən səninlə işi bitirdim. Azər və Sakit haqqında isə mənə məlumatları ver. Nə üçün sən əziyyət çəkməlisən, onlar isə rahatca gəzməlidirlər? Fikirləş.
Hörmətlə, Aydın Əlizadə

https://science.gov.az/az/forms/doktora-nauk-instituta-filosofii-i-sotsiologii/3552


[media= https://www.youtube.com/shorts/9BKslFtWC4g?feature=share]
Dövlətimizin əsl düşməni, saxtakarlıqla professor adına (bir azdan saxtakarlığa və yenə milli maraqlara zidd mövqeyinə yeni faktlar təqdim edəcəyəm) tövsiyyə olunmuş Aydın Əli-Zadənin narod.ru saytında və Facebook səhifəsində yaydığı Sizə HESABAT-ından onun Sizi elmi və kütləvi ictimaiyyəti aldatmasına faktları diqqətinizə çatdırıram:


Aydın Əli-Zadə: "Ümumiyyətlə hər iki məhkəmənin qərarlarından razı qaldım. Çünki, mənim məqsədim Xatirə Quliyevanı tutdurmaq, ya da ondan cərimə almaq deyil idi. Sadəcə mən, ictimaiyyətə və AMEA rəhbərliyinə onun bütün yazılarının və yaydığı şaiyələrin cəfəngiyat və böhtan olmasını bildirməkdən, eləcə də bu məsələni kütləviləşdirməkdən ibarət idi. Buna da aşağıda göstərdiyim 2 müddəalarla tam olaraq nail oldum: 1. Mənə qarşı ittihamın mahiyyətcə rədd edilməsi o deməkdir ki, əməllərimdə və yazılarımda cinayət tərkibi ya ictimai təhlükə yoxdur və bundan sonra məni heç kəs bu əməllərdə ittiham edə bilməz.
2. Mənim ittihamımın texniki məsələlər üzündən təmin edilməməsi isə Xatirə Quliyevanın mənə qarşı böhtan attığını inkar etmir. Ona görə də mənim ittihamım olduğu kimi qüvvədə qalır və gələcəkdə də qalacaq. Nizami rayon məhkəməsinin qərarına görə mən, istənilən vaxt ittihamı yenidən qaldıra, eyni zamanda 20 gün ərzində apelyasiya şikayətini təqdim edə bilərəm. Lakin məqsədimə nail olduğum üçün buna ehtiyac görmürəm və AMEA-ya problem yaratmaq istəmirəm. Bununla belə, mənə qarşı böhtan yaymış "Cahan+" informasiya agentliyinin fəaliyyətinin qanuniliyini, onun dövlət vergilərini verməsi, lisenziyasının və sahibi Xatirə Quliyevanın VÖEN-in olması məsələlərini yoxlamaq üçün Respublika Prokurorluğuna müraciət etmişəm.




AMEA-nın PREZİDENTİ, AKADEMİK İSA  HƏBİBBƏLİYƏ HESABAT VƏ YA MÜRACİƏT
[medium=left]https://cahanplus.com/uploads/posts/2024-02/1707215156_5aymedi20240118_213435.jpg[/medium]




Çoxhörmətli akademik İsa Həbibbəyli!

Sizin diqqətinizə bir daha çatdırıram ki, hakim Azər Tağıyev yuxarıda müddəalarla sübut etdiyim kimi onun Şikayətinə 07.12.23. tarixdə qanuna zidd şəkildə (məni çağırmadan) təklikdə “baxarkən” onunla “nəyə görəsə” dost olduğu təsiri ilə qanuna zidd Qərar qəbul edib. Azər Tağıyev heç mənim (mənim bir növ qarşılıqlı) İttiham qaydasında Şikayətimi icraata almayıb və O, 19 yanvar 2024-cü il tarixli Qərarında açıq surətdə yazıb ki, “Məhkəmə, hərəkətlərindən şikayət edilən Əli-zadə Aydın Arif oğlunun əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir”.

Göründüyü kimi Azər Tağıyev Aydın Əli-Zadə ilə onun Şikayəti vaxtından başlayan dostluğuna görə əməllərinə qiymət verilməyib!
Aydın Əli-Zadənin “nəyə görəsə” dostu olan Azər Tağıyev Məhkəmə adından həmçinin qərarı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 293.3.1-293.3.7, 302.1.3, 302.1.7-ci maddələri ilə əsaslandırmışdır” ki, bu müddəalar qanuna ziddir və mən də bundan narazı qalıb hakim Azər Tağıyevin 19 yanvar 2024-cü il tarixli Qərarında Apellyasiya şikayəti vermişəm.

İkincisi, Aydın Əli-Zadənin mənim barəmdə 15 böhtan, 5 təhqir müddəası ilə Xüsusi İttiham Qaydasında Şikayətinə 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev baxaraq aşağıdakı əsaslarla İŞİ mahiyyəti üzrə baxmaq üçün İCRAATA almaqdan imtina etmişdir:
Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olması öz təsdiqini tapmamaqla yanaşı, onun məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir.

Ancaq! Aydın Əli-Zadə xarakterinin əsl ifadəsi olan - Saxtakarlıqla, Yalançılıqla, Şaiyəyayanlıqla deməli, ləyaqətsizliklə Siz AMEA prezidentini və geniş ictimaiyyəti aldadaraq sosial şəbəkələrdə yuxarıdakıları və o cümlədən bu iftiraları yaymışdır ki, “Mənim ittihamımın texniki məsələlər üzündən təmin edilməməsi isə Xatirə Quliyevanın mənə qarşı böhtan attığını inkar etmir”.

Diqqət edirsizmi?.. Məhkəmə Onun İttiham Şikayətinə baxmaqdan imtina etdiyi halda Qərar qəbul etdiyi halda bu saxtakar şəxs iddia edir ki, məhkəməni belə ləkələyir ki, Mənim ittihamımın texniki məsələlər üzündən təmin edilməməsi isə Xatirə Quliyevanın mənə qarşı böhtan attığını inkar etmir.

Hələ Sizə bir belə savadsız fikir bildirir: “Ona görə də mənim ittihamım olduğu kimi qüvvədə qalır”. Məhkəmə Qərarı olmadan onun ittihamı olduğu kimi necə qüvvədə qala bilər?!
Bundan başqa Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev Qərarını hər bir iştirakçının dərk edəcəyi sakit şəraitdə (Azər Tağıyev kimi gur AZAN səsində yox!) aydın səslə Elan edib ki, şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir.

BU DA BAKI ŞƏHƏR NİZAMİ RAYON MƏHKƏMƏSİNİN 25 YANVAR 2024-CÜ İL TARİXLİ QƏRARININ QƏRAR HİSSƏSİ


Aydın Əli-Zadə isə utanmadan, xəcalət çəkmədən mənim media ilə tək-tək ciddi sübutlarla təkzib etdiyim cəfəngiyyat, (digər tərəfdən baxanda mənə böhtanlar mahiyyətində olan) müddəalarını müdafiə edib Apellyasiya şikayəti verməkdənsə mən məqsədimə nail oldu, Xatirə Quliyevanın yalanlarını sübut etdim və bitirdim bu məhkəmə işini, -yazır.

Mən bu müraciətlə də ona təkrar (hüququnu bilməyir guya!..) əmr edirəm ki, əgər həqiqətən mənə qarşı İttihamı olduğu kimi qüvvədə qalırsa, mən ona böhtanlar atmışamsa ( hətta erməni millətindən deyil, əsl Türk soyu Azərbaycanlıdırsa!) Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 yanvar (İş № 1(007)-169/2024) tarixli Q ə r a r ı n d a n Apellyasiya Şikayəti versin!
Mən həmin Qərardan Apellyasiya Şikyəti verə bilmərəm. Mən barəmdə olan XÜSUSİ İTTİHAM QAYDASINDA ŞİKAYƏTİN ƏSASSIZLIĞA GÖRƏ RƏDD EDİLMƏSİNDƏN ŞİKAYƏT EDƏ BİLMƏRƏM! Böyük məntiqsizlik olar bu və 1-cə dəqiqəyə imtina olunar!.. O da öz səviyyəsində olan dostlarına utanmazcasına bəyan edər ki, buyurun baxın yenə mən UDDUM!


...Mən ömrüm boyu heç kəsə böhtan atmamışam! Mən şaiyə yayan deyiləm! Mən yalançı, saxtakar deyiləm! Mənim artıq 12-13 dolu-dolu faktlarla Aydın Əli-Zadənin Azərbaycan Dövləti əleyhinə ölkədə və erməni mediasında, ermənilərin yutub kanallarında “çıxışları” barədə media yazılarım bu meydandadır! 2018-ci ildə erməni mövqeli illik Plan İşinə və onun bir hissəsi məqaləsinə görə 2 Təqdimatla şöbədən kənarlaşdırmışam onu! Əgər xislətində cəsarət varsa 11 fevral 2023-cü il məqaləmə bu 12 -13 ifşaedici yazımı, Facebook statuslarımı da əlavə edib Apellyasiya Şikayəti versin! Mən onun 15 böhtan, 5 təhqir müddəalarını Heç edib İttihamı ona doğru tövsit etməyə hazıram.


Azərbaycan Dövlətdir! Bütün məhkəmə hakimləri Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev kimi ola bilməz! Bütün hakimlər xüsusilə, Dövlətin Milli Təhlükəsizliyinə ziyan vuran adama tərəf olub, haqqı-ədaləti taptalayıb, qoçuluq, zorakılıb etmir və etməz!

"AYDIN ƏLİZADƏ Что дали азербайджанцы миру. Доктор философских наук Айдын Ализаде (Баку)#кочевники #варвары
ARMenia

Çoxhörmətli akademik İsa Həbibbəyli!

Sizdən də xahiş edirəm. Onun tərəfində olub 2 ay müddətində işıqlandırdığım onun Dövlət əleyhinə fəaliyyətinə göz yumanlara deyin, ona desinlər, necə mənim ona böhtan atdığımı, şaiyələr yaydığımı sosial şəbəkələrdə yayır, eləcə də sözünün arxasında dayanıb Apellyasiya şikayəti verib Xüsusi İttiham Qaydasında Şikayətini Müdafiə etsin! Onun dostu direktor mənə deyib ki, "heç bilirsən o necə bir maddə ilə səni məhkəməyə verib?!, o dövləti yox, xalqı (təhqir etmək olar?!) təhqir (hər ikisini təhqir edib!) edib!..
... "Mənim daşdan keçən sübutlarım var! Məhkəmələrdə ictimsiləşdirdiyim faktlarımla yazdıqlarımı sübut etməyə qadirəm. Mən ondan AR DTX-ya, AR Baş Prokuroruna, Səbail rayon Prokurorluğuna, Yasamal Rayon prokurorluğuna, Xəzər Rayon prokurorluğuna, Nizami Rayon Prokuorluğuna, Sabunçu rayon prokurorluğuna şikayət ünvanlamışam. AMMA o Apellyasiya Şikayəti belə vermir. Baş prokurorluğa saytımın yoxlanması müraciətini edib. Alnım açıq, üzüm ağdır! 18 il əvvəl cahan +" qazetimi yaratmışam. Yeni media qanunvericiliyə daxil olandan sonra yüzlərlə qazet kimi fəaliyyətimi daha geniş məkanda cahanplus.com olaraq davam etdirirəm. VOEN-İM DƏ VAR, MÖHÜRÜM DƏ!..
Mən də ondan verdiyim şikayətlərdə Mərdakanda qaldığı bağı ona bağışlamış Şamaxılı şəxsin müəyyənləşməsini, həmin bağda hansı rəsmi sənəd əsasında qaldığının araşdırılmasını xahiş etmişəm. Bağışlanma natariusla olur. Bəs bu zamanda kimisə mülkiyyətini havayı bağışlayan görən olub?! Vərəsəlik qanunu var!..
Əsas məsələ o, indi bərk qorxur! Bilir ki, mənim arqumentlərimlə o araşdırılıb həbs olunacaq! Ona görə geri çəkilir. Ancaq utanmazcasına, erməni xarakterində yenə məni böhtançı adlandırmağında davam edir! Azərbaycan kişisi, Azərbaycan alimi belə etməz!
Ona yenə əmr edirəm: Ya Şikayətində haqlı olduğunu sübut etmək üçün çatışmazlıqları düzəlt (Qərarda ysazılıb!) məhkəməyə yenidən müraciət et! Ya da qələtini boynuna al! Tövbə elə! Üzr istə!!!!
Mən 2023-cü ildə ciddi elmi mövzuda monoqrafiyamı Aydın Əli-Zadənin sifarişli bu cəfəngiyyat - mənə böhtan xarakterli məhkəmə ŞİKAYƏTİNƏ GÖRƏ BİTİRƏ BİLMƏDİM. Xaric üçün 1neçə məqaləm yarımçıq qaldı.Səhhətimə ciddi zərər dəyib. Mən əvvəllər yalnız dövlətin şəkər xəstəliyi üçün verdiyi 2 dərmanla kifayətlənirdim. Bu erməni xislətli şəxsin ucbatından xəstəxanaya getməli oldum. Ömrümdə 345 manatlıq dərman almamışdım və əsasda 2 aydır hər gün ondan çox dərman qəbul edirəm. Bağda yaşadığım üçün sistem iynələri vurdura bilmirəm. Şəkər gözlərim həddən artıq zəiflədib. Kor-koranə yazıram. Bu cinayəti edənlər, xüsusilə Aydın Əli -Zadə UDUZUB "mən məqsədimə nail oldum", - deyib qaça bilməz! Ən sərt fikrimi çatdırıram ona - əgər İttihamında sabitdirsə Apellyasiya şikayəti versin! Ona mənim tək qaldığım bağın nömrəsini verməklə həyatımı təhlükəyə atmış şəxslər qanun qarşısına çıxartmasam da Allah qarşısında cəza gözləyirlər.



Onu da diqqətinizə çatdırım ki, Aydın Əli-Zadə Hesabat yazısında AMEA Rəyasət Heyətinə də Böhtan atılıb. Beləki, o Şikayətinin Böhtan 9-a Təkzibində yazıb : Xatirə Quliyevaya görə 2018-ci ildə "Aydın Əlizadənin Elmi Plan materialında həmçinin yenə ermənipərəst mövqedən yazdığı "Parthia Tarixi və onun Cənubi Qafqaz Mədəniyyətinə Təsiri" adlı məqaləsində"(cümləsini bitirməyib, -bu da savadının səviyyəsi!. Təkzib: Birincisi, Aydın Əli-zadə belə bir mövzuda məqalə dərc etməyib, edibsə Xatirə Quliyeva Məhkəməyə sübut təqdim etməlidir. İkincisi isə öncə qeyd edildiyi kimi, 2018-ci ildə onun elmi Plan üzrə yerinə yetirdiyi iş AMEA rəhbərliyi tərəfindən xüsusi ekspertizaya verilib və orada heç bir nöqsan, ermənilik ya da dövləti cinayət aşkar edilməmişdir və bu barədə Məhkəməyə Arayış təqdim edilir (Qoşma 5)”.


Bu bir faktdır ki, onun Plan işi rəhbərliyi – SİZİN tərəfinizdən xüsusi ekspertizaya verilməyib! Onun qoşma 5 kimi işarələdiyi sənəd də Şikayətə əlavə olunmayıb.O bunula məhkəməni aldatmaq məqsədi güdüb. 2-cisi, "Aydın Əli- Zadə şöbənin toplusu üçün təqdim etdiyi "Parthia Tarixi və onun Cənubi Qafqaz Mədəniyyətinə Təsiri" adlı məqaləsini nəzərdə tutur ki, mən heç yerdə onun bu məqaləsini çap etdiyini yazmamışam. Onun e.mailinə yazdığım cavabı diqqətinizə təqdim edirəm.


Bundan başqa, "bahtan 7 müddəasında yazıb ki, "Xatirə Quliyeva, vəzifəsindən sui-istifadə edərək, şər, təhqir və böhtan kampaniyasını davam etdirərək iş yerində İddiaçıya qarşı dözülməz şərait yaratmış və şöbəni tərk etməyə məcbur etmişdir. Eləcə də ona qarşı şayiələr yayaraq AMEA rəhbərliyi qarşısında haqqında mənfi rəy yaratmışdır.
Birincisi, Aydın Əli-Zadə yaşadığı "hədiyyə" Mərdəkan bağından işə keyfi istəyəndə gəldiyi üçün mən onu heç görmürdüm ki, dözülməz şərait yaradım! 2. Mən direktorun adına Təqdimat yazıb onu qısa müddətə şöbədən kənarlaşdırdıqdan sonra məhkəməyə qədər üzünü görməmişəm, o ki, ola ona dözülməz şərait yaradıb şöbəni tərk etməsinə məcbur edim. 3. Direktora ərizə yazıb onu qanuna zidd şəkildə bizim şöbənin ştstı ilə hansı tarixdə Sosiologiya şöbəsinə keçirdiyi barədə məlumat istəmişəm, verməyinb. Cavab versəydi bu da təsdiqləyərdi ki, Aydın Əli-Zadə bu fikirləri ilə mənə böhtan atıb! 4. Mən direktor onu çıxartmaq istəmədikdə ondan Sizə tutarlı faktlarla rəsmi Şikayət məktubu yazmışam. Şaiyə yazmamışam.Bəs ona bunu kim deyib?!
Çoxhörmətli akademik İsa Həbibbəyli!

Daha bir məsələ, Aydın Əli-Zadə Şikayətində məni "Böhtan 10-nda belə" İttiham edib: " Təkzib: Aydın Əlizadə heç vaxt erməni KİV-lərlə əməkdaşlıq etməyib, Sosial şəbəkələrdə ermənipərəst mövqeyini sərgiləməyib, əksinə ermənilərlə mübarizə aparıb. Azərbaycan Respublikasının düşməni olan erməni mediası ilə əməkdaşlıq dövlətə qarşı cinayətdir və Aydın Əlizadəyə atılmış ən ağır böhtandır. Halbuki belə ağır ittihama dair Xatirə Quliyevanın heç bir sübutu yoxdur. Varsa, qoy Məhkəməyə təqdim etsin.color=#0000FF]
.

Aha! Özü etiraf edir ki, Azərbaycan Respublikasının düşməni olan erməni mediası ilə əməkdaşlıq dövlətə qarşı cinayətdir! Mən də 2 vidio-lent, 1 neçə erməni mediasında Azərbaycanı alçaldan yazısını və onlarla statusunu, müzakirə çıxışını SÜBUT KİMİ ictimailəşdirmişəm. Deməli, o, CİNAYƏTKARDIR. Mən ona böhtan atmamışam!
Hələ Türklər üçün "qırılacaqlar!"- yazıb. Şikayətində (böhtan 13)tələb edir ki, mən sübut edim, SÜBUTUMU MEDİA İLƏ İCTİMAİLƏŞDİRMİŞƏM DƏ!
Aydın Əli-Zadə 73 səhifədən ibarət erməni mövqeyindən və şöbənin mövzu istiqamətinə aid olmayan illik Plan işini kitab kimi çap etdirmək üçün məndən şöbənin Çıxarışını tələb edirdi. Bəs nə oldu?! 2018-ci ildən bu günə kimi (bəlkə ermənilər çap edib, bilmirəm!) niyə çap etməyib?! Həmçinin də məqaləsini niyə çap etməyib?! Deyim bilin, qorxub! Əgər qorxmursa bu gün çap eləsin!

TƏKRAR EDİRƏM: Qorxur o! Qorxduğu üçün də öz ittiham Şikayətini müdafiə etmək üçün Apellyasiya şikayəti də vermir.


TANIŞ OLUN! SAXTAKARLIQLA AAK-a PROFESSOR ADI ÜÇÜN TÖVSİYYE OLUNMUŞ AYDIN ƏLİZADƏ BUDUR
(https://cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-a-professor-adi-ucun-tovsiyye-olunmus-aydin-elizade-budur.html) yazıma görə 20 müddəa ilə həbsimi istəyən ortada 13 yazı, 10-dan çox Facebook statusu var, qaçır! Yazır ki, "mənməqsədimə nail olub, bitirdim məhkəmə işini!". Bunu cəza verdirən yazar! BUNU ƏLİNDƏ MƏNİM AYDIN ƏLİ-ZADƏNİ BÖHTNLARIMIN TƏSDİQİNƏ DAİR QƏRAR OLAN YAZAR! Xalqımızın milli mentalitet deyimi var: ADAM KİŞİ OLAR! Ona bu sözü deməyin heç bir mənası yoxdur! Çünki o yazıb ki, bu deyimimizi qəbul eləmir. Ona görə ADAM “OĞ - Ş” gərək olsun!..
Bu ləyaqətsizlik titutlunu özünə yaraşdıran Aydın Əli-Zadə nəinki Apellyasiya şikayəti verir, hətta mənim e.mailimə 2 Təhdid məktubu göndərib. Təqdim edirəm.

Davamı var.

PS.Mənim elmi yaradıcılığımdan ayıranlara, səhhətimi ağır vəziyyətə gətirənlərə Allah Lənət eləsin!
29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031