Allahsız Yerdə Otur, Ağsaqqalsız Yerdə Oturma! AR ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA ŞİKAYƏT
Gündəm
Oxunub: 181
7 noy 2023 | 14:58

Xatirə Quliyeva
II qrup əlil,
fəlsəfə elmləri doktoru


SAXTA VƏSATƏTİ ÜZƏ ÇIXAN HAKİM QORXMALIDIR, ƏVVƏL ALLAHDAN, SONRA SİZDƏN!..



Cənab Fikrət Məmmədov ya hakim Mehriban Əfəndizadə Cinayətin Üstünün Açılması Üçün 1 cümləlik Məktubu Versin, ya da mənə 1000 manat Verin, Müstəqil Ekspertiza Məkkəzinə Verim, 2 Cinayətin Üstünü Açan Rəyi alım...

Hörmətli nazir! Nərimanov rayon məhkəməsində mənim və bacımın adından Vəsatət düzəldilib və bizim əvəzimizdən qol çəkilib. Bu əsasla "öz Vəsatətimdən" (hakim elə deyib, elə bilmişəm Vəsatət vermişəm!) qəti şəkildə on dəfələrlə İmtina etsəm də məndən məcburi surətdə imza nümunələrim götürülüb və AR ƏN MEM-ə göndərilməsi əsası ilə iyulun 19-dan İş dayandırılıb.

Oktyabrın 10-da bizi MEM-ə çağırdılar. Orda həm mənə göndərilmiş saxta müqavilədəki, həm də məhkəməyə qarşı tərəfin gətirdiyi - mənə göndərdikləri ilə nöqtə-vergülünə qədər eyni olan müqavilədəki İmzaların mənə aid olmadığı sübut olundu. Eyni zamanda məndən məcburi İmzalarımı götürmək üçün hakimə maraqlı olan Vəsatətdəki imzaların mənə aid olmadığı üzə çıxdı.
Məndən başqa bacım (digər iddiaçı)Sevinc Quliyevanın da İmzası saxtalaşdırılıb. Ancaq MEM əməkdaşları hakim məktub verərsə bunu ümumi Rəyə daxil edə biləcəklərini bildiriblər. Dəfələrlə hakimə müraciət etmişəm, vermir həmin 1 cümləlik məktubu. Dəfələrlə ərizə və media yazısı ilə AR MHŞ-nın sədri İman Kərimova müraciət etmişəm. MHŞ-nın əməkdaşı Fuad Əliyevə dəfələrlə zəng etmişəm. O, mənə də göndərilməklə hakimə məktub verməsi üçün şikayətlərimi göndərib, hələ ona bildirib ki, vətəndaşın şikayətinə baxın. Yenə saymır, vermir məktubu.
Hakim Mehriban Əfəndizadənin bəhanəsi vaxtın uzadılması idıi. MEM-ə yeni rəis təyin olunmuşdu. Böyük ehtimalla deyirəm ki, "tikinti krallarının" ona əlaqə aça bilməsi üçün vaxt uzadıldı. İş MEM-ə çatdıqdan sonra 1 daha təsdiqləndi ki, hakim mənim kimi "krallar"- ın da imzalarının və həmçinin möhürlərinin ekspertiza edilməsi, mənim ekspertizada iştirakım üçün heç məktub verməyib. Azı 2 həftə bunun üçün "mübarizə" apardım. Ancaq hakimin bu hərəkəti də milyonerlərin arxasında dayandığını göstərirdi. Ekspertiza günü "krallar" gəlmədilər. Yenə fikrimcə, MEM-in rəisi cənab Elçin Qasımova əlaqə açmağa vaxt "udurdular"... Həə, bax burada hakım və "kralların" marağına uyğun olaraq MEM-in rəis müavini vəzifəsini icra edən Rəhim Rəhimov hakimə qəribə məzmunlu vəsatət göndərməşqi şübhə doğurur. O vəsatət(?!) niyə göndərməli idi?! Hakimin qərardadı, hələ əlavə məktubu orda idi. İki soyadlı ( ünvanlarını da səhv yazdıqları müqavilədə başda Abbasov yazılıb, sonda Abasov) MMC direktoru Hacıbala Soltan oğlu möhürünü cibinə qoyub gələrdi, möhürünün də, özünün də imzası götürülərd. Onun kimi üzə şillə vuran olmayacaqdı orda. Bu fikri boşuna demədim. Binamızda A. adlı 1 qadının 2 otaqlı mənzilini o evdə olmayanda söküb "krallar". Evin içində bütün sənədləri, əşyaları və 1 canlı quşu məhv olub. A.qadın gedib kralların üstünə. Kral Hacıbalaya nə deyib, nə deməyib durub qadına şillə vurub.
Qayıdıram Rəhim Rəhimovun hakimə məktub göndərməsinə. Bu məktubdan sonra hakim "kralları" məhkəməyə çağırıb, dayandırdığı İŞ üzrə həm də bizsiz - təktərəfli İCLAS KEÇİRİB, VƏSATƏTLƏRİNİ ALIB VƏ NÜMUNLƏRİNİ GÖTÜRƏRƏK VƏSATƏTLƏRİNİ TƏMİN EDİB.
Diqqət edin, hakim 2 dəfə 2, 3 saatlıq hazırlıq iclası keçirib, onlar bu məzmunda Vəsatət verməyiblər... Amma hakim qərarda yazsın deyə ki, qarşı tərəf də vəsatət verib, dayandırılmış İş üzrə İCLAS keçirib. Solğundan da solğun möhür nümunələrini və direktorun imzasını alıb. Yəni onların 50 qəpiklik mürəkkəb almağa pulları olmayıb?! Məhkəmədə keçirilibsə həmin İClLAS ORDA MÜRƏKKƏB PROBLEM OLMAZDI Kİ! Beləcə, məqsədli olaraq möhür və imza nümunələri dəhşət dərəcədə solğun halda MEM-ə göndərilib. Bu açıq-aydın düzgün olmayan nəticə üçün düşünülmüşdür!. Əks halda hakim mürəkkəb gətirtdirib yenidən imzalatmalı, möhürün surətini vudurmalı idi. Bir də axı möhür maddi sübutdur. Onun surətini çıxarmaq nə dərəcədə düzgündür?! Bu krallar üçün Nərimanov rayon məhkəməsində hər şey mümkündür!..
Hakimin bizi həmin iclasa çağırmaması da "kalların örtülü bazarında" hakimin yerini müəyyən edir. Hacıbala Abbasov imzalarını verməyə gələndi, elə MEM-ə gələrdi!.. Rəhim Rəhimov onun gəlməyəcəyini "yaxın adamı" kimi bilib, məhkəməyə yönəldib... Məqamı olduğu üçün möhtərəm Rəhim Rəhimov əsl cinayətin rəsmiləşməsi, üstünün açılması üçün bizə lazım olan VƏSATƏTİ NİYƏ MƏHKƏMIYƏ göndərmir?! Məhkəmə təktərəfli olduğu üçün hardsn bilə bilərik ki, "kral" məhkəməyə gəlib ya yox?! Ancaq həmin iclasın bu şəkli mənim səhhətimi elə kritik vəziyyətə saldı ki, qanunlarımızda yoxdur hakimə cəza, Allahdan istədim və gözləyirəm!
Bu günə kimi hələ də hakim İşə baxmağa başlamayıb!.. MEM-ə Məktubu isə vermir ki, guya vaxt çox gedir. Bəs Saxta Vəsatətlə 4 aydır vaxtı uzadıb, bu qanunlara uyğundur?! İddiaçılar biizik. Biz 4 ay dözmüşük, 10 gün də dözərik. Ancaq Mehriban Əfəndizadə vaxta görə deyil, məhkəmədə saxta sənəd düzəldildiyinin üstünün açılmaması üçün vermir məktubu.
Əgər özü bu saxta hərəkətdə iştirak etməyibsə alın açıqlığı ilə məktubu versin. Qanundan danışan bu hakim dayandırdığı İş üzrə "tikinti kralları" - Şirkətlə təklikdə iclas keçirib, onların vəsatətini təmin edib! Budur qanunsuzluq. Hələ bu hakim bizə içi boş - şablon Qərardad da göndərmişdi. Budur onun işinə "məsuliyyəti"?! "Hakimdir, bir tək rüşvət tutulsa cəzalana bilər". O qadın olduğu üçün heç bu halda da cəzalanmaz!..
Ancaq Allaha şükür edirəm ki, dövlətimizin hüquq sisteminin MEM qurumuna minnətdaram ki, ədalətsizlik olmadı. 26 oktyabrda "kralların" solğun möhür nümunələri güclü aparatda 99 faiz mənə göndərikləri ilə eyni çıxdı! Çox tanınmış bir vəkil mənə dedi ki, heç bir hakim möhürü müzakirə etməz! Vurulub, özləri vurub, vəssalam. Siz onu hardan ala bilərdiz?! Amma hakim Mehriban Əfəndizadə bu haqsızlığı da mənə - Allahın da yanında, bəndələrin də yanında saf olan bir elm adamına etdi! Baxın!.. Allah da onun saxtakarlığını bu Vəsatətlə faş elədi! Buyursun, versin məktubu! Mənə MEM-in Rəyi vacib lazımdır!.. Əlbəttə mediada paylaşmaq, "Avropa məhkəməsi" üçün sübut kimi.

Hörmətli nazir. Mehriban Əfəndizadənin qarşı tərəflə və vəkillərlə iş birliyi onun 2, 3 saatlıq hazırlıq iclaslarında da göz qabağında idi. Mən dəfələrlə məhkəmələrdə olmuşam, heç belə hakim görməmişəm. Mənim imzalarımın güclə alınmasından sonra o sevinclə və açıq görünən şəkildə qarşı tərəfən vəkilinin üzünə güldü. Mən ona bunu irad da tutdum.



Bu da onun saxta Vəsatəti müdafiə edərək lazım olan məktubu verməməsi! İndi belə çıxır ki, hakim Mehriban Əfəndizadə MEM-dən Rəy gəldikdən sonra həmin düzəltdiyi saxta Vəsatət əsasında İşə davam edəcək, sonra da Qərarında saxta vəsatəti doğru əsas kimi göstərəcək! Daş tökülər göydən! Azərbaycanın hüquqi dövlət olduğu fikri diz çökər!.. Buna yol verməyin! 1 illik hakimdir, ona qanunların şah olduğunu göstərin ki, ədalətli, vicdanlı, iclaslar keçirsin, obyektiv-hüquqi qərarlar çıxarsın.
Bizim İddiamız 2+2= 4- kimi asan məsələdir. Giyaslı Group MMC binamızı əslində qanuna zidd - AR NK-nin 86 saylı Pilot layihələr qanunu 2019-cu ildə ləğv edildiyi halda bu adla söküb. Qalın 50 illik parkımızı da məhv edib. Ən əsas AR Konstitutsiyası ilə qorunan mülkiyyət hüququmuzu taptalayaraq 3 hissədən ibarət təmirli, arendatorları olan Qeyri-yaşayış sahəmizin əvəzinə tərtib etdiyi saxta, başqan-başa qanunlara zidd, uydurmalarla dolu və natariusda təsdiqlənməmiş müqaviılə ilə bizə 2 otaqlı təmirsiz mənzil verməyi öhdəsinə götürüb. Biz ona qeyri-yaşayış sahəsinin, yaşayış sahəsinə çevirilməsi haqqında heç bir sənəd verməmişik. Digər tərəfdən MMC Vergi Xidmətinə Bəynannamə verərək bizim mülkiyyətimizi təsdiq edib. Hələ bizə az da olsa (obyektimizin 3-cü hissəsi üçün ödəniş etməyib) 1 illiik ayı 800 manatdan arenda pulu verib ki, bu dəlillər də bizə OBYEKT əvəzinə OBYEKT verməli olduğunu sübut edir.
Sonra Müqaviləni tərəflər oturub təhlil edər və birlikdə imzalayarlar. Mənimlə müqavilədə adı olan 2 soyadı yazılmış Hacıbala adlı MMC direktoru oturub müqavilə imzalamayıb. Mənim imzam ərəb və krillə şifradır. Hər iki saxta müqavilədəki imzalar bu məntiqlə saxtadır və 10 oktyabrda MEM-də müddəam qəbul edildi. Həmçinin mənim sağ əlim zədəlidir", bu əllə rəssam işi imzanın çəkilməsi mümkün deyil. Mən tibbi-ekspertiza datələb etmişəm. Hakim İş materiallarını Tibbi-Ekspertizaya da öndərməlidir. ümumiyyətlə, dövlətin Konstitutsiyası, Qanun məcəllələri qala-qala İmzalardan "tutub" dayanması mənə görə hüquqi savadsızlıq həm də varlı tərəfə maraqlı olmaq deməkdir. Bizim qanunlarda İmzanın şərt olduğu göstərilməyib! Fakt budur ki, mən tərəfəm və tərəflərdən biri narazı olduqda əqd etibarını itirir. Natariusda təsdiqlənməmiş müqaviə hay-hay etibarını itirir. Bundan başqa həmin müqavilə onlarla əsasla etibarsızdır. Həm də savadlı və obyektiv mövqeli hakim mənə göndərilən və məhkəməyə gətirilən hər iki saxta müqavilənin nöqtə-vergülünə kimi eyni olduğuna da əsaslanıb İşə mahiyyəti üzrə baxmalı idi. Fərq mənə göndərilən 3 səhifəlik müqavilədə "imzamın" yalnız sonuncuda olması, məhkəməyə gətirilən ikiqat saxta müqavilədə isə hər səhifədə olmasıdır ki, bu mənim Reaksiya Tv-də çıxışımda qanunla Müqavilələrdə hər səhifədə tərəflərin imzalarının olması və hər imzanın altından tərəflərin inhisallarının yazılması əsas şərtdir!
Giyaslı Group MMC 25 apreldə AR İqtisadiyyat nazirliyinə yazdığı məktubda mənim Müqaviləni aldıqdan 2-3 gün sonra narazılıq etdiyimi göstərib. Deməli, vaxt itkisi də olmayıb. Üstəlik biz məhkəməyə müraciət etdikdə heç 2-ci mərtəbə tikilməmişdi... Bu dəlillər savadlı, -vicdanlı-ədalətli hakim üçün əsas olmalı idi. O isə göründüyü kimi ölkədə vətəndaşları aldatmaqla məşhur olan "tikinti krallarını" biz haqlı, rüşvət verməyən- kasıb iddiaçılardan üstün tutub, hələ bir saxta Vəsatət düzəldib ki, MEM-dən saxta rəy alıb mənim obyektimin əvəzini verməyənlərin xeyrinə Qərar çıxarsın. Bundan başqa dayandırılmış İŞ ÜZRƏ İCLAS KEÇİRİB, VƏSATTLƏRİNİ TƏMİN edib. Heç bəlkə məhkəmədə olmayıb həmin iclas! Çünki biz çağırılmamışıq! Məhkəmədə, ya ofislərində olsaydı mürəkkəbi tünd olardı nümunələrin!..
Cənab nazir, qarşı tərəfin vəkili 2-ci hazırlıq iclasında hakimə bildirdi ki, Giyaslı Group MMC öz layihəsində qeyri-yaşayış sahələrinin əvəzini verməyi nəzərdə tutmayıb! Bu açıq surətdə həm AR Konstitutsiyasının 29-cu maddəsinə, həm də ölkə prezidenti cənab İlham Əliyevin Tikinti Şirkətlərinə "sakinləri razı salın, sənəddən əlavə belə olsa mülkiyyətlərinin əvəzini verin"- məzmununda tapşırığına ziddir. Ədalətli hakim vəkilin biidirişi ilə Şirkətin qanunsuzluğunu üzə çıxarıb ona uyğun İşə baxmalı idi. Bu fikrə əsaslanıb saxta müqavilə düzəldib mənə göndəriblər. Hətta Obyektin hüquqi mülkiyyətçisi bacım Sevinc Quliyeva ilə heç saxta müqavilə belə bağlamayıblar. Hakim isə bu ciddi qanunsuzluğu qoyub hətta onların xeyrinə İş getsin deyə, MEM-dən saxta Rəy alınması məqsədi ilə saxta Vəsatət düzəldib. Yalan deyirəm zəhmət çəkib versin 1 cümləlik məktubu, 2 vəsatətdə mənim imzalarımın və 1 vəsatətdə bacım Sevinc Quliyevanın imzasının saxta olduğunu ona sübut edim! Mənim imza nümunələrim var, bacımın imzalarının ekspertizası hər halda 3-5 gündən çox çəkməz. Çox çəkər də çəksin, iddiaçı bizik. Razıyıq lap daha bir il uzansın. Mehriban Əfəndizadə başqa hakimlər kimi tikintini dayandırmayıb ki, (Allah dayandırıb, prezident dayandırıb tikintilərini!..) narahatçılıq olsun...
TƏKRAR EDİRƏM: Vəsatətlərdəki İmzalar mənə aid deyil. İddia ərizəmdə yazmışdım. Ancaq (Allah tərəfi) göndərilməyib. Əsas da MEM üzə çıxardı ki, imzalar mənə aid deyil. O cümlədən digər Vəsatətdə bacımın imzaları saxtalaşdırılıb. Mən düzünü deyirəm, Vəkil bizi İddiaları imzalamağa çağırdı və yalnız 3 nüsxə İddiaya qol çəkdik. Ordan da məni Nizami Tibb Mərkəzinə (stasionar - yatmaqla) müalicə almağa apardılar. Vəkili bir də hazırlıq iclasında gördük. Deməli, Vəsatətlər məhkəmədə düzəldilib və imzalanıb. Onu da qeyd edim ki, media İilə olan şikayətlərimi vəkilə göndərirəm. O əgər imzalayıb yükləmiş olsaydı (məndən xəbərsiz mümkün deyil!) deyərdi. Həm də hakim 2 saxta Vəsatətdən yalnız birini - özünə maraqlı olanı təmin edib.
Əgər hakim Mehriban Əfəndizadənin xəbəri yoxdur bu saxtalaşdırmadan mənim kimi, bizim kimi maraqlı olmalıdır. Özü qətiyyətlə tələb etməli, cinayəti edəni üzə çıxarmalıdır. Ancaq o, heç bir cümləlik məktubu da vermir! Ona görə bu qənaətdəyəm ki, Mehriban Əfəndizadənin MEM-ə məktub verməməsi bu işdə əlinin olmasını ifadə edir.

Aylar keçir (mayda süni bir bəhanə ilə geri qaytardı, 19 iyuldan da məqsədli şəkildə dayandırıb: bu da əyani fakt- (saxta vəsatət) sadə bir məhkəmə İşi - müqavilənin ləğvi həll olunmur. Bilmir hakim Əqdlər haqqında qanunu! Konstitutsiyanın 29-cu maddəsi ona maraqlı deyil!
Mən aliməm. Tədqiqat sahəm siyasi-fəlsəfədir. Hakimin ədalətsiz, qanunsuz hərəkətləri ucbatından mən bu İLİN məzmununa uyğun çox mühüm elmi yaradıcılıq işlərimi yerinə yetirə bilmirəm. Bütün vaxtı Mehriban Əfənddizadənin qanunsuz hərəkətlərindən bu və ya digər hüquq məmuruna Media ilə Şikayətlər ünvanlayıram. Məhkəmə sədri Həbib Həsənov da anlaşılan, onunla həmrəydir. Yoxsa bu vaxta qədər hakmimin qanunsuzluqları qalsın, heç olmasa cinayətin açılması üçün Məhkəmə Ekspertiza Mərkəzinə 1 cümləlik məktubun verilməsini ondan tələb edərdi. Bu hakim sözün hərfi mənasında cəzalanmalıdır. Ancaq cənab İman Kərimova on dəfələrlə ərizə və media müraciəti edirəm, heç reaksiya belə vermir.
Hörmətli nazir! Tez-tez bu söz işlədilir: Hakim toxunulmazdır. Hakimin Konstitutsiya ilə hüququ qorunur. Mən də aliməm və 40 ilin alimiyəm. Əsərlərimin sayı yaşımdan, çəkisi özümdən ağırdır! Mən həm də çoxsayda dövlətçilik mövqeli əsərlərin müəllifiyəm. Adlarını çəkməyəcəyəm. 2 monoqrafiyamı Sizə Sizin fikirlərinizdən sitatlar olduğu üçün göndərmişəm.
Hələ mən ölkədə yeganə vətəndaşam ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev haqqında sağlığında "yanlış yazanlardan" AR Konstitutsiya məhkəməsinə şikayət etmişəm. Nəticəsi də qanunamüvafiq olub.
Sözümün canı odur ki, Bu İL mən daha çox iş görməli idim... "Toxunulmaz" Mehriban Əfəndizadənin qanuna zidd hərəkətlərindən nəinki yazıb-yaratmaq, ciddi xəstəyəm. Şəkər H1, Çox pis görürəm. Yıxılıram. Yeni klinikada KT -yə də göndərdilər məni. Beynimə qan çatmır...

Allahsız  Yerdə Otur, Ağsaqqalsız Yerdə Oturma! AR  ƏDLİYYƏ  NAZİRİ CƏNAB FİKRƏT  MƏMMƏDOVA ŞİKAYƏT
Obyejktimizin əvəzini verməyənlər yalan oldu, məni "tikinti krallarına" tərəf olan, haqqı nahaqa qurban verən hakim Mehriban Əfəndizadə bu hala saldı. Hələ bir üstəlik mən onun köməkçisinə zəng edib haqlı iradlarımı bildirəndə mənə xəbər göndərir (xox gəlir) ki, Səsimi Ədliyyə nazirliyinə göndərəcək. Deməli, hakim nə cinayət etsə olar, toxunulmazdır. Ona haqlı irad da bildirilməməlidir. Qərarları bu cür qanunsuz əsaslara söykənən, heç o biri pillədə tab gətirməyən hakimlər toxunulmazdır!.. Haqlı alim - bu dövlətə ondan qat-qat artıq faydası olan alim toxunulandır! Xeyir! Mən ondan hər mənada artğam ki, əskik deyiləm! O mənim gördüyüm çox ədalətsiz hakimdən ən qəbuledilməzidir. Hətta 1 xırda nöqsanını tuta bilmədiyim. Qərarını eşidəndə ədalətsizliyini bilib nifrət etdiyim hər hansı bir hakim də məni qorxutmaq fikrinə düşmədi!.. Onlar ədalətsiz qərar qəbul etdilər. Mən də Avropa İnsan haqları Məhkəməsinə müraciət edib, Ədalətsiz Qərarlarını ləğv etdirdim!
İ.Kant hüquqi dövləti təhlil edəndə deyib (yazıb) ki, əvvəl bütün cəmiyyət azadlıq, bərabərlik, ədalət hissləri ilə "tərbiyələnməlidir". Sonra bu tərbiyələnmiş cəmiyyətin içərisindən "hakim" (idarəedici anlamında) seçilməlidir. Bizdə fərqlidir.
Mən bu hakimdən də ədalətli qərar istəyirəm. Adımdan ( eləcə də bacımın adından) saxta Vəsatət çıxıb üzə. 2 Vəsatətdəki imzalar mənə aid deyil! Bu faktı Sizin rəhbərlik etdiyiniz Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Nəsimi Əfəndiyev üzə çıxarıb. Çox sağ olsun! Mən istəyirəm ki, bu cinayəti sübut edən Rəy verilsin mənə! Bunun üçün hakimin MEM-ə 1 cümləlik məktubu lazımdır. İşi əskik olmayan hakim verər bu 1 cümləlik məktubu! Qeyd-şərtsiz mənim kimi hakim də bilir ki, məhkəmədə inoplanitanlar, "domovoylar" yoxdur. Hakimin özü kimi otağı da "toxunulmazdır" və belədə Vəsatəti ya özü imzalayıb, ya da o kimin imzaladığını yaxşı bilir! BUNA GÖRƏ MƏKTUBU VERMİR! Əvəzində məni Sizinlə qorxudur! Fikrimcə, o əlindən gələni etməyə çalışır ki, həmin saxta Vəsatətlər üzə çıxmasın. Ancaq mən mediada işıqlandırmışam. Təkrar- təkrar MHŞ-na və məhkəməyə göndərmişəm. Yenisini düzəltsələr belə yenə mənim İmzamı çəkməlidirlər ki, bu da növbəti saxtakarlıq olacaq və mümkünsüzdür!
Vəsatəti bizim formal Vəkilimiz Abuzər Səfərov da imzalamayıb. Qətiyyən onun imzası deyil. Mən həm iddia Ərizəmizdəki İmzalarımızı, həm Saxta Vəsatətdəki İmzaları, həm də formal vəkilimiz Abuzər SƏfərovun imzasını diqqətinizə çatdırıram. Onu da qeyd edim ki, hakim M.əfəndizadənin mənə 3-4 gün əvvəl göndərdiyi məktubdakı imzası saxta Vəsatətdəki İmzaya oxşayır. Şəkər gözlərimi kor edib, dəqiq görə bilmirəm. Ancaq oxşadığı dəqiqdir.



Mən bu gün Müstəqil Ekspertiza Mərkəzinin 0506110694 telefonuna zəng etdim. Dəstəyi İncə səsli gənc qız götürdü. Ondan xahiş etdim ki, rəhbərlikdən bir nəfərlə məni əlaqələndirsin. Dedi, müavinəm. Hüquqşünasam. Ətraflı məsələni öyrəndikdən sonra 1 imzanı 500 manata ekspertiza etdiklərini bildirdi.

Hörmətli nazir, mən aliməm. Elmin "beyni qabarlı" fəhləsiyəm. Gecə-gündüz çalışıb cüzi maaş alıram ki, onun da 750 manatını hər ay Mehriban Əfəndizadənin tərəfində olduğu "tikinti krallarının" məhv etdiyi obyektimizin təmiri üçün götürdüyüm kredit üçün ödəyirəm. Mən 10 ildir ki, normal qidalanmıram. Hardan tapım Müstəqil ekspertiza mərkəzinə verməyə 500 manatı?! Axı mən həqqəti sübut etmək üçün Dövlət İdarəsi ola-ola, niyə mən 1 imzanı 500 manata ekspertiza edən Müstəqil Quruma müraciət etməliyəm?! Digər tərəfdən müstəqil olanda nə olar, 1 imzanın ekspertizası üçün belə qiymət olar?!
Hakminiz niyə (O "biz" kasıbların hakimi deyil!) AR Konstitutsiyasını, Mülki və Mülki Prosessual Məcəllərini, göydə Allahı, yerdə haqlı İddiaçıları saymır?! Ona görə Sizə media ilə müraciət edirəm. Azərbaycanda Hüquq sahəsinin Ağsaqqalısız, Sizdən xahiş edirəm, ya hakim Mehriban Əfəndizadə Cinayətin Üstünün Açılması Üçün 1 cümləlik Məktubu Versin, ya da Mənə Siz 1000 manat Verin, Müstəqil Ekspertiza Məkkəzinə Verim, 2 Saxta Vəsatətdəki Cinayətin Üstünü Açan Rəyi alım.

Çıxarışlı, təmirli Qeyri- yaşayış sahəsi əvəzinə təmirsiz yaşayış sahəsi yazıb, natariusda təsdiqlənilməmiş saxta müqaviləni mülkiyyət sahibinə göndərmək, ötən müddətdə israrla "verməyəcəyik"- demək, elə müqavilənin saxtalığını sübut edir. Bunu hakim bilmir?! Əksinə saxta Vəsatət düzəldib, mənim müqaviləni imzaladığımı və İşin bitdiyini əsaslandıran Qərar çıxarmaq isytəyir. Bəs AR Konstitutsiyası, Mülki məcəllə maddələri?! Hakim Giyaslı Group MMC kimi nəyə taptalayır dövləti - qanunları?! Bunu da köməkçisinə deyəndə hakimin səsi eşidilir - məni Ədliyyə naziri ilə qorxudur.
Bütün bunları yazaraq Sizdən xahiş edirəm ki, cinayətin açılması üçün hakım Mehriban Əfəndizadənin 2 Vəsatətdəki imzaların ekspertizası məqsədilə AR ƏN MEM-ə məktub verməsini tələb edəsiniz.
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930