BU DA HAKİM MEHRİBAN ƏFƏNDİZADƏ İLƏ VƏKİLLƏRİN İŞ BİRLİYİNƏ ƏYANİ SÜBUTLARLAR
Gündəm
Oxunub: 853
19 okt 2023 | 15:11

Xatirə Quliyeva
Azərbaycan vətəndaşı,
2-ci qrup əlil
Fəlsəfə elmləri doktoru


BU DA HAKİM MEHRİBAN ƏFƏNDİZADƏ İLƏ VƏKİLLƏRİN İŞ BİRLİYİNƏ ƏYANİ SÜBUTLARLAR

AR MHŞ-nın sədri İman Kərimova, AR Vəkillər Kollegiyasının sədri Anar Bağırova

AÇIQ MƏKTUB

Hörmətli AR MHŞ-nın sədri cənab İman Kərimov, AR Vəkillər Kollegiyasının sədri, cənab Anar Bağırov! Mən Sizə media ilə növbəti Müraciətimi edirəm. Mən Sizlərə media ilə ünvanlanmış bu tənqidi yazılarla,- Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri cənab İman Kərimov, SİZƏ SIĞINIRIQ (https://teref.az/manset/297186-azerbaycan-respublikasi-mehkeme-huquq-surasinin-sedri-cenab-iman-kerimov-size-siginiriq.html), O VƏKİLİ TAPIN VƏ ... I HİSSƏ” (https:// teref.az/ manset/293557-o-vekili-tapin-ve-i-hisse.html);O VƏKİLİ TAPIN VƏ ... II HİSSƏ”( https://teref.az/manset/293558-o-vekili-tapin-ve-ii-hisse.html);“Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova Açıq Məktub: "Xahiş edirəm bu dələduzluğun qarşısını alın..."(https://teref.az/manset/294523-mehkeme-ekspertiza-merkezinin-reisi-elcin-qasimova-aciq-mektub.html) hətta Avropa İnsan Haqqları Məhkəməsinin Bakı ofisinə Avropa İnsan Haqları Məhkəməsinin Bakı Ofisinə ŞİKAYƏT (https://cahanplus.com/gundem/5124-avropa-insan-haqlari-mehkemesinin-baki-ofisine-sikayet.html) COMPLAINT to the Baku Office of the European Court of Human Rights (https:// cahanplus. com/ gundem/5125-complaint-to-the-baku-office-of-the-european-court-of-human-rights.html Müraciət ünvanlamaqla Nərimanov rayon məhkəməsinin hakimi Mehriban Əfəndizadənin zəngin Tikinti Şirkətinin dələduzluğuna göz yummasına , vəkillərlə iş birliyini təsdiq edən məhkəmə iclaslarından yazdıqda Dövlətçilik, qanunlar naminə, Allah xatirinə, vicdana, ləyatə görə münasibət bildirsəydiniz iyulun 19-dan bu günə kimi Mehriban Əfəndizadə iddiamıza baxar, hələ ədalətli baxardı.
Siz yazdıqlarıma - rəhbərlik etdiyiniz qurumların nümayəndələrinin (hakim Mehriban Əfəndizadəni, vəkillər Abuzər və Rövşən (ata adları da iki sözdən barətdir, özləri də çox oxşardılar) Səfərovları nəzərdə tuturam) hüquqa, dövlətimizin qanunlarına, haqqa-ədalətə, vicdana-ləyaqətə arxa çevirmələrinə, zəngin Giyaslı Group MMC –nin xeyrinə və deməli, öz maraqlarına uyğun fəaliyyət göstərmələrinə biganə olacaqsız, mən də Sizə xatırlamalrımda davam edəcəyəm.
Beləki, artıq 11 aydır ki, elmi yaradıcılıqla məşğul ola bilmirəm. Xaricdə 7 dildə kitabım çap olunub, sevinə bilmirəm, təqdimatını keçirə bilmirəm. Ulu öndər Heydər Əliyevin sağlığından tədqiqatçısıyam. Bu istiqamətdə İki monoqrafiyam, 3 kitabım(ümumilikdə 8 monoqrafiya, 12 kitab, 200-dən nçox elmi, publisist məqaləm) çap olunub. Hakim Mehribaan Əfəndizadənin hələ 2 hazırlıq iclası, bir gizlin (adı nə bilmirəm!) İclası və davranışları,hərəkətləri üzündən ən
Heydərizm kimi ən ciddi mövzuda olan monoqrafiyamı yazıb bitirə bilmirəm. Bu il Heydər Əliyev ilindir ən ciddi qurumlar məndən yazılar istəyir, mən toxunulmaz hakiminizin, müdafiə olunan vəkillərinizin əlindən tariximiz üçün faydalı tədqiqatları yerinə yetirə bilmirəm. Hər gün Sizlərə Şikayətlər yazıram. Sizlər isə öz dilləri ilə desəm, tikinti krallarından olan Giyaslı Group MMC-nin qanunsuz əməllərinə don geydirməyə çalışan hakimə və onunla əlbir olduqları artıq gün kimi aydın olan, elə bu yazıda Sizə əyani sübut olacaq vəkillərə “qaşın üstündə gözün var” demirsiz! Bəli, hakimlər toxunulmazdır! Konstitutsiya ilə hüquqları qorunur. Ancaq unutmayın, alimlərin haqları Konstitutsiyada xüsusi maddə ilə qorunmasa da hakimləri, bizim kimi rüşvət verməyən,düzgün təbəqəni (qulları) saymamaqla Allahı incidənləri Sizlər, alimləri Allah seçir və alimlər arasında hakimlər qədər xalq tərəfindən tənqid olunanı yoxdur. Tarixdə 1 hakim qalmır. Hamısı unudulur. Ancaq elə əsl alim yoxdur ki, unudulsun! ləcə də vəkillərin adları qədər alimlərin adları ləkələnməyib.



Yenə diqqətinizə çatdırıram: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 76 saylı evin 31 saylı mənzilimizin altında yerləşən və Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı 0295536 nömrəli Cıxarışına əsasən bizim (Xatirə Nəcəfqulu qızı Quliyevanın və Sevinc Nəcəfqulu qızı Quliyevanın) mülkiyyətitimiz olan (ümumi sahəsi 66,8 kv.m) faktiki 100 kv.m.-dən çox qeyri yaşayış sahəsi Obyektimizin əvəzini Giyaslı Group MMC adlı tikinti Şirkətinin kral sahibkarları verməmək üçün saxta – natariusda da təqsiqlənməmiş maqavilə düzəldib 2 otaqlı o da təmirsiz mənzil kimi əvəzləməyi planlaşdırıblar. Çünki obyektin kv.m.hələ keçən ilin dekabrın ilk günlərində 6000 min manat, mənzilin 1 kv. 1700 manat idi. Bu fərq özü də şirkətin vətəndaşı aldatmaq marağını təsdqləyir. Bu fərqi bilən Şirkət kralları mənimlə oturub müqavilə bağlamayıblar.


Konkret olaraq saxta müqaviləni imzalamış direktoru - Hacıbala Abbasovu (müqavilədə son səhifəvə Abasov yazıb mövr vurub) mən, mənə göndərilmiş, imzalamadığım müqavilədən 3 ay 12-13 gün sonra görmüşəm. And içsin övladlarının fəlakətinə, Faciəsinə ki, “yalan deyir Xatirə Quliyeva! O mənimlə dekabrın 2-sində vaqon tipli, 2-3 metrəlik ofislərində və ya hardasa oturub müqavilə tərtib edib və hər ikimiz 3 səhifəlik uydurma, nöqsanlar dolu, əsas da mən 3 hissəli, 100 kv.m.dən çox və yüksək səviyyəli təmirli, arendatorlu, 1 kv.m.6000 manat olan Obyektlərinin əvəzinə 2 otaqlı təmirsiz mənzili qəbul edib və müqaviləni imzalamışıq, halallaşmışıq! Mən də möhür vurmuşam"! And içsin övladlarının, cavan əzizlərinin ölüsünə, dirisimə!

Mən məcbur olub bu andı içməsini istəyirəm. Yazmıram Allaha and içsin! Çünki Allah tanıyan belə Allahsızlıq etməz! Mən Qurana əl bassın da demirəm, Çünki bu adamların dinsiz-imansız olduqları 11 ay ərzində bizə o qədər bəlli olub ki, müqəddəs Qurana da əl basa bilərlər!
Vəkillərinin məhkəmədə Şirkət, zirzəmi əvəzi verməyi nəzərdə tutmayıb, -deməsi ərazidə sökməyi planlaşdıqları onlarla mülkiyyət sahibinin qul haqqını yeməkdir ki, Müqəddəs Quranımızın əmlak, mülk bölgüsü haqqında surələrinə, ayələrinə ziddir. O qədər harın, pulla hüququ, qanunu satın almağa peşəkardırlar ki, 50 ilin AĞACLARININ OLDUĞU ZƏNGİN PARKI məhv etdilər! Bu imansızlığı edənlər Qurana ayaq da basarlar. 2 tənha qadının banklardan kredit götürüb, məhrumiyyətlərlə ödəməsi ilə abad etdiyi mülkiyyətini mənimsəyib 600- 700 min qazanmaq üçün onlar hər şey edərlər.
Bəs məhkəmə, bəs o toxunulmaz hakim?! Bəs cüzi alim maaşımdan keyfiyyətli dərmana verməyib müqavilə bağladığım, eribarnamə verdiyim vəkil?!





Bu yazıda indi Sizə əyani sübutlarımı təqdim edəcəyəm. O sübutlar ki, hakim Mehriban Əfəndizadə ilə vəkillər – Abuzər və Rövşən Səfərovların iş birliyini aydın şəkildə təsdiq edir. Beləcə, onlar – bu trio birləşib bütün qüvvələri ilə halal haqqımızı almağımıza mane olurlarsa bizim Siz böyüklərinə Şikayətlənməkdən başqa çarəmiz qalmır.
Dünən zəng edib danışdığım bir əlaqəli sahə məmuru mənə dedi ki, yəni bir xahiş edəcəyiniz, Sizə kömək edəcək adam yoxdur?! Dedim çox adam var! Ancaq mənim işim əskik deyil və mən təbiətən yalnız qanun çərçivəsində hərəkət edirəm. Mənim göydə Allahım, yerdə dövlətim var! Ona demədim, Sizlərə deyirəm: Mənim elə belə hakimlərdən, vəkillərdən şikayət etdiyim Avropa məhkəməsi var! Keçən il ərizəmi təmin etdikləri Elanları ilə(EUROPEAN COURT OF HUMAN RIGHTSCASE OF GULIYEVA v. AZERBAIJAN (European Court of Human Rights) 72608/13.September 1, 2022. https://laweuro.com/?p=19254) tanış ola bilərsiz.
Bu işdə də haqlıyam! 2+2 =4 kimi HAQLIYAM:
- 1. Hacıbala (müqaviləni isə Abasov familiyası ilə imzalayıb) Abbasovla oturub müqavilə tərtib edib, imzalamamışam! Onu 2 dəfə vaqon tipli 2-3 metrəlik, uçan milçəyin də göründüyü ofislərinə getdiyimdə görməmişəm! Milli mentalitetimizdə “kişi” sözünün böyük təsir, hökm gücü var. Bu yerdə “kişidir Hacıbala Abbasov desin, o mənim 2 dəfə ofislərinə getdiyimdə orda olub?!” Amma bu qiymətli sözü demirəm! Çünki deyər olmuşam və xalqımızın bu şərəfli sözü təhqir olunar!
Hacıbala Abbasov mən ofislərinə gediyimdə orda olmayıb! Deməli, o mənimlə müqavilə bağlamayıb. Mənə Giyaslı Group MMC saxta, dələduzluq faktı müqaviəəiərini adları yazılmış qovluğun içində üzərində şirkətlərinin adı olan setkada göndəriblər. Bu fakt müqavilə Hacıbala Abbasovla mənim oturub müqavilə imzalamadığımıza sübutdur.
2. Müqavilə natariusda təsdiqlənər. Prezidentimiz hüquqi dövlətin inkişafı üçün ASAN xidmətlər açır, ayrıca minlərlə Natarius da var! Adları tikinti kralları – niyə mülkiyyətləri üzərindən milyardlar qazandıqları, məqsədli olaraq mənzillərinin Çıxarışlarını aldıqları vətəndaşlarla natariusda Müqavilə bağlamırlar?!
3. Müqavilə mülkiyyətin hüquqi sahiblərinin hər biri ilə bağlanılmalıdır. Niyə Obyetin hüquqi sahibi bacım Sevinc Quliyeva ilə müqavilə bağlamayıblar?! Mən onların ofislərinə birinci dəfə 1 kq. konfet aparıb getdiyimdə dedim ki, mən xəstəyəm, yüksək şəkər mənə əziyyət verir, çox zəifəm. Bir tərəfdən də yazı-pozu, çox yüklənmişəm. Tikinti şirkətləri sakinləri aldadır, nə olar, bizi aıdatmayın. Tatlı yeyək, tatlı damışaq. Onlar bu sözlərimdan istifadə etdilər Halbuki, mən onlara zehni cəhətdən, bilik cəhətdən ZƏİF olduğumu deməmişdim ki!..
4.Mülkiyyət qədər ən mühüm sənəddə hər şey düzgün yazılmalıdır –nöqsan yol verilməzdir! Ancaq baxın. Giyaslı Group MMC-nin mənə göndərilmiş saxta müqavilələrində İlk başda direktorun familiyası Abbasov yazılıb, son səhifədə məqsədli olaraq Abasov yazılıb və Möhür vurulub. Bu nöqsana görə müqavilələri sözsüz saxta sayılır və etibarsızdır bu müqavilə. Sonra Giyaslı Group MMC bu müqavilədə Ünvan kimi əsas məlumatı məqsədli olaraq yanlış yazıblar. Beləki, Nizami rayonu, Etibar Qocayev 26 yazıblar ki, Nizami rayonunda bu adda ünvan yoxdur. Onlar ünvanlarını beləcə məqsədli olaraq yanlış yazırlar . Məsələn, 25 aprel tarixdə AR İqtisadiyyat nazirliyinə yazdıqları cavab məktubunda ünvanlarını Nizami rayonu Qara Qarayev prospekti 78 yazıblar ki, bu vətəndaşlara məxsus mülkiyyətdir. Onların orda mənzilləri yoxdur. Bu binanın yaxınlığında Satış ofisi quraşdırıblar. Ona ünvan alınmayıb. Digər bir ünvanlarını reklamlarında Qara Qarayev pr.və R.Rüstəmov küçələrinin kəsişməsində yazıblar. Qəti düzgün ünvan deyil. Rayonun ərazi dislakasiyasında belə ünvan yoxdur. Giyaslı Group MMC Vergi xidmtində ünvanının qeyd olunduğu Nərimanov rayonu Etibar Qocayev 26 ünvanında da yerləşmir heç. Giyaslı Group MMC-nin əsl ünvanını mən axtrıb tapmışam. Getmişəm – bu Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında, Sahibkarlığa Yardım Fondunun binasının arxa səmtində binanın altında yerləşiblər. Məqamı olduğu üçün vurğulamaq istəyirəm ki, Giyaslı Group MMC-nin də bizim OBYEKT kimi ofisi zirzəmidə yerləşib. Deməli, onun qiyməti mənzil dəyərindədir?! Sual verirəm Giyaslı Group MMC-nin bizə etdiyi qanunsuzluğu –Obyekt əvəzinə mənzil verilməsi Allahsızlığını onlara qarşı etsələr xoşlarına gələr?! İnanın mülkiyyət üstündə öz şəriklərinə sonsuz təzyiqlər göstərdikləri mediada gündəm olmuş bu şirkətin sahibləri onların təmirli Obyektilərinin əvəzini hətta təmirsiz mənzillə əvəzləmək istəyənləri güllələyərlər!.. Bəs necə insan, kişi, müsəlmandılar ki, 2 tənha, yaşlı, xəstə, banklara təmir üçün hələ də kredit ödəyən qadının obyektini icazələri olmadan, iradələrinin əksinə gedərək mənimsəyib, məhv edib 6 bloklu 5 mərtəbəli binanın əvəzinə bir neçə 17 mərtəbəli bina tikirlər?! Evdi, torpaqdı, - halallıq istər. Bunu bilməyən insan deyil! Qalsın din-iman, qanun, qadın haqqına girmək, kişi-qeyrət hissləri.

Biz dövlətə 3 hissədən ibarət, 100 kv.m.dən daha böyük Obyektimiz üçün ödəniş də etmişdik. Rəsmi sənədlərimiz var. Hələ menecer olduğunu deyən İsmayıl Quliyev adlı bizimlə görüşmüş və bütün danışıqları aparmış əslində Layihə rəhbəri özü mənə demişdi ki, prezidentimizin sərəncamı var. Tikinti şirkətlərinə tapşırılıb ki, bir nəfəri narazı salmayın. Kimin nə mülkiyyəti var, əvəzini verin”. Nə oldu bəs?! Prezidentin tapşırığına belə əməl edərlər?! Yutub kanalında (Nizami rayonunda daha bir bina sökülür Nizami rayonunda daha bir bina sökülür https://www.youtube.com/watch?v=5M7AhsDc4YY) şəklinin üstündə Layihə rəhbəri İsmayıl Quliyev yazılmış bu şəxs çıxış edib və hər mənzil üçün 20 faiz artıq sahə veriləcəyini deyib. Bizə nəinki, Obyektimizin faktiki sahəsindən 20 faiz artıq verilib, əksinə rəsmi sənəddəki kvadratmetr üçün 20 faiz hesablanıb.Yüksək səviyyəli təmir işləri, arendatorlardan qazancımız(vergiyə pul ödənilirdi. Sahibkarlıq hüququ var vətəndaşların!) Bəs prezident tapşırıq verib ki, vətəndaşların mülkiyyətini olduğu kimi əvəzləyin?!
Budur, bizlərdən qazandıqları haram pullarla varlanırlar, tikinti kralları olub hegemonluq edirlər! Yuxarıda da qeyd etdiyim kimi 50 ilin zəngin yaşıllıqlı parkını məhv etmək cinayətdir. Nizami İcra hakimiyyəti onlarla bu cinayətlərində də, narazı sakinlər olduğu halda söküntüyə və tikintiyə icazə verməklə şərikdir. Necə olur, sakinlər “çürümüş taxta fortuçkalarını” plastiklə dəyişəndə İcra Hakimiyyəti tökülüb gəlir, amma konsertlər təşkil olunan gözəl, geniş yaşıl PARK məhv edilir Giyaslı Group MMC sadəcə cərimə ödəyir!.. Zaqatala da isə 5-10 ağacı kəsənlər elə o tarixdə həbs edildilər. Bu da Nizami İcra hakimiyyətinin, habelə Nizami rayon prokurorluğunun zəngin, milyarder Giyaslı Group MMC ilə əlbir olduğunu ifadə edir.

Qayıdıram Giyaslı Group MMC –nin öz maraqlarına uyğun tərtib etdikləri saxta müqavilələrindəki başqa saxtakarlıq və uydurmalara. Tərtib edən yəqinki bizimlə görüşən, bu yaxınlarda Yutub kanalında süjetə baxanda layihə rəhbəri olduğunu öyrəndiyim İsmayıl Quliyevdir. Yazıb ki, mən onlara natariusda təsdiqlənmiş 1 neçə arayış vermişəm. Qəti düz deyil. Yalandır! Məhkəmədə vəkillərindən tələb etdim.Dediki, verməliydiniz verməmisiz! İstəyəydilər! Vermədikdə bağlamayaydılar! Ancaq məndən istəməyiblər heç. Əsas məsələ, olmayan – təqdim etməli olduğum sənədlər yoxdursa deməli həmin Müqavilə də uydurma var və o qeyd-şərtsiz Etibarsızdır – buna görə də ləğv edilməlidir! Vəkilləri Rövşən Səfərov məhkəmədə, hakim qarşısında dedi ki, mən bu qanunları bilmirəm! Çünki o hakimlə təmsil etdiyi Şirkət arasında vasitəçidir! O “məbləğlər” bilir!
Hakim də Azərbaycan Dövlətinin bu qanunlarını –Əqdlər haqqında qanunları bilmir?! Bilir! Daha pisi bilir və xeyrimizə Qərar qəbul etməmək üçün İmzalarımın yoxlanılması məsələsini ortaya atmaqla saxta Rəy alacağını planlaşdırır! Bu məqsədlə İmzalarımın ekspertiza edilməsi barədə yazsam da Allah tərəfi imzalamadığım Vəsatətimi imzalayır və ya imzaladır, hələ digr Vəsatətdə də mənimlə bərabər bacımın imzalarını saxtalaşdırır və ya saxtalaşdırır. Buyurun nümunələrə baxın.İddia ərizəsini vəkil çağırıb İmzaladıb bizə. Budur bizim imzalar. Bəs Vəsatətlərdəki imzalar nədir?! Rüşvətin və ya tapşırığın görünən gözləridir!..
İmzalar, Vəsatətdən söz düşmüşkən, mən bu haqda Sizlərə ünvanladığım media yazılarında təkrar-təkrar yazmışam. Çok lokonik yenə yazım: Giyaslı Group MMC-ninöz xeyrinə tərtib etdiyi saxta müqavilədəki İmza mənə aid deyil.Buna görə məhkəməyə onun ləğvi üçün İddia ərizəsi yazmışıq. Əsl rəsmi - naariusda təsdiqlənən müqqavilələrdə ( natarius hətta tərəflərin şəklini də çəkir) müqavilələrdə hər səhifədə hər iki imzalayanın imzaları və imzalların altından əl xətti ilə inhisalları qeyd olunur. Mənə göndərilmiş saxta müqavilədə isə mənim əvəzimdən yalnız sonuncu səhifədə mənim imzam çəkilib. Əl xəttimlə inhisalım yazılmayıb. Şirkətin direktorunun hər səhifədə yalnız İmzası var, onun da əl xətti ilə inhisalları yazılmayıb.
Mən Reaksiya tv.də çıxış edərkən vurğuladım bu nöqsanı. Bundan sonra onlar (bir mülkiyyət üçün bir neçə müqavilə yazmağa 27 illik təcrübələri var axı!) ikinci saxta müqavilə düzəldib və hər səhifəyə mənim yerimə - saxta İmzalar çəkiblər. Bu zaman bilməyirblər ki, mənim sağ əlim zədəlidir. Sol əl is məlumdur ki, sağ əlin işini görə biməz! Beləliklə, bilməyiblər ki, tibbi-fiziki olaraq mən elə rəssam işi imza çəkə bilmərəm. Həmçinin mənim imzam 3 dildə inhisallarımın şifrasıdır.Bunu da bilməyib hətta kobud səhvə yol veriblər. Bu haqda da mediada geniş yazmışam. Bundan başqa bu ikinci saxta müqaviləni özlərinin müdafisi üçün məhkəməyə gətirən (hakimə vəkil bu məsələni dedi, o da dedi, gətirin, vəkil onda – 19 iyulda gətirdi..Amma e.məhkəmə portalında 4 iyulda –vəkilin yükləmiş olduğu digər sənədlərə əlavə edib ki, bu haqda bir az sonra dolğun faktlarla yazacağam) zaman mənim İddia ərizəmizin əsası kimi məhkəməyə təqdim etdiyim 1-ci saxta müqaviləni saxta elan etdi vəkil Rövşən Səfərov.
Konkret olaraq hakim Mehriban Əfəndizadəyə Giyaslı Group MMC-nin vəkili Rövşən Səfərov dedi ki,biz 1-ci müqaviləni bilmirik. Onu bu – yəni mən – 40 ilin şəffav alimi düzəldib. Diqqət edin! Yuxarıda da qeyd etdim: şirkətin direktoru H.Abbasov mən 2 dəfə ofislərinə getdiyindən orada olmayıb! Deməli möhürlə orda olmayıb! Hakimdə ona etiraz etmədi ki, aha, yaxşı bu adam özü düzəldibsə məhkəməyə təqdim etdiyi müqaviləni Şirkətə İddia ərizəsi göndəriləndə niyə Qarşılıqlı İddia ərizəsi vermədiniz ki, bu SAXTA MÜQAVİLƏDİR?! Hakim olan şəxs qanunlar, vicdan naminə 2-3 saat çəkmiş hazırlıq iclasında qarşı tərəfin alimi – vətəndaşı şantaj edən vəkilindən soruşmadı ki, əgər möhürünüz oğurlanmışdı necə işləmisiz? Yüzlərlə sənədə, elə İqtisadiyyat nazirliyinə məktuba,vəkillə müqaviləyə möhürü oğurlanmışdısa necə eyni möhürü vurmusuz?! Hələ mənim başqa bir əsasım vardır ki, bunu media ilə demək xeyrimə deyil. Reaksiya v.dəki çıxışımdakı arqumentim kimi öz maraqları üçün istifadə etməyə qalxarlar. Mən bu onları məhv edəcək arqumenti bir məmurun qəbulunda deyəcəyəm ki, onda elə ifşa olunacaqlar ki, bəlkə daha bir daha sadə, kasıb adamların mülkiyyətinin hesabına milyardlar qazandıqları Evləri söküb-tikməyəcəklər.
Hakimə baxırdım. O təmsil etdiyi Şirkətin vəkilinin tərəfində daşıdığı ada layiq görünmürdü. Çox isəyirdim ki, mənim mətbuatda möhürünüzün itdiyi elanı vardırmı? Sonra oğurlanan möhür geri qaytarılarmı?!- sualarımı eşitməməzlikdən gəlidi. Gözlədim, çox gözlədim, hakim ondan soruşmadı ki, hər iki müqavilədə eynidir möhürdə, direktorun imzası da, bu “saxtakar” – İddiaçı möhürü oğurladı, direktoru da oğurlayıb imzaladıb?! Bəli hakim qarşı tərəfin vəkilindən elə asılı idi ki, ona hər iki müqavilədəki mətnin nöqtə-vergülünə kimi eyni olduğunu da demədi! Yaxşı mən saxtalaşdırmışam nəyi dəyişmişəm. Saxtalaşdıran haqqı olanı yazar, hətta artıq sahə yazar və oğurladığı möhürlə, saxtalaşdırdığı İmza ilə qaydaya salıb qoyar başının altına birdə bina təhvil veriləndə üzə çıxarıb mülkiyyətinin açarlarını istəyər. Hakim Mehriban Əfəndizadə mətəbli uşaqların belə elementar məntiqlə biləcəkləri bu dəlili deməyə qadir olmadı!
Bəs Natatiusda təsdiqlənməmiş, Şirkət direktoru ilə bağlanmamış, tərəfə göndərilmiş və tərəfin imzalamadığı, üstəlik uydurmalarla dolu 1 müqaviləni Ləğv etmək üçün Konstitutsiyamızın maddələri, AR Mülki Məcəlləsinin qanunları olduğu halda Mehriban Əfəndizadəni İmzaların Yoxlanılmasından tutub dayanmasına nə vadar edirdi?!
Artıq məndə bu sualın cavabı da cavabın sübutu da vardır! Beləki, mənim cüzi halal alim maaşımla müqavilə bağladığım Abuzər Səfərov ləyaqətsizliyin son həddinə enərək mənə məhkəmədə İmzalarımı zorla çəkdirdikdən sonra mən ona dedim ki, çəkdirdin! Amma hakimə göstərib verməyəcəyəm. Bunu dediyim AN ləyaqətsiz, formal vəkil Abuzər Səfərov Vərəqləri dərhal əlimdən aldı (qapdı!) və məhkəmə katibinə verdi! O dəqiqədə də hakim 5 dəqiqəlik olmalı hazırlıq iclasında 5 dəqiqəlik elan etdiyi Fasilədən qayıdıb müşavirə otağına gedib 1 dəqiqəyə qayıdaraq mənim Vəsatətimin təmin olunduğunu - İşin dayandırıldığı haqda Qərardadı oxumuşdu. Mən bu haqda Media yazılarımın hər birində müfəssəl yazmışam.
Ona görə də bu yazıda yeni üzə çıxmış məsələ - HAKİM MEHRİBAN ƏFƏNDİZADƏ İLƏ VƏKİLLƏRİN İŞ BİRLİYİNƏ AİD ƏYANİ SÜBUTla bağlı fikirlərimi bölüşərək xalqın çörəyi burnu ilə yemədiyini Siz hakimlərin, vəkillərin daimi müdafiəçilərinin diqqətinə çatdırmaq istəyirəm.
Deməli, mən elektron məhkəmə portalında neçə il əvvəl şəxsi kabinet yaratmışdım. Ancaq aktivləşməmişdi. Formal vəkil Abuzər Səfərov mənə İmzalarımı Zorla çəkdirib, sonra hakimə göstərib verməyəcəyimi dedikdə əlimdən alıb əlimdən məhkəmə katibinə verib qaçdıqda mən məhkəmə sənədlərini ala bilmirdim. Məcbur olub gedib Asan İmza açdırdım və bundan sonra sənədlərlə tanış ola bildim.
Məlum oldu ki, mənim və bacımın adından məhkəməyə Vəsatət verilmişdir və hər ikimizin adı qarşısında bizə aid olmayan İmzalar çəkilmişdir.
Diqqətinizə çatdırıram ki, mənim yazdığım və elektron poçtuna göndərdiyim formal ləyaqətsiz vəkil Abuzər Səfərov iimzalamamışdı ki, olmaz özünüz gəlib imzalamalısız və mən həmin gün xəstəxanaya getməli olsam da məcbur olub bacımla birlikdə İddia Ərizəmizi İmzalamaq üçün 6 saylı vəkil bürosuna getdik. Orada 1 vərəqin yarısı qədər yazını mənə imzalatdı. Soruşdum nədir bu, bilim, dedi ki, vəkildən şikayətinizin olmaması haqqındadır. Xəstəxanaya yerləşməyə gedən (bir gün əvvəl efirdə çıxışım olmuşdu, orda səhhətimin vəziyyəti sübutdur) xəstə necə edər, mən də danışmaım.
Yəni, İddiamızı imzalayan gün heç bir Vəsatət imzalamadıq.
Ancaq indi məhkəmə “sənədlərimə”baxarkən hər ikimizin əvəzindən İmzalanmış Vəsatətin üzə çıxması qeyd- şərtsiz hakimlə vəkil Abuzər Səfərovun iş birliyindən xəbər verir. Bəli mən saxta müqavilədəki İmzaların mənə aid olmadığını demişəm. İddia ərizəmdə də yazmışam. Amma bu və digər vəsatətləri nə özüm, nə bacım İmzalamamışdır. Fakt ortadadır.
Onu da qyd edim ki, biz may ayında Nərimanov rayon məhkəməsinə İddia ərizəsi verdikdə də Ərizədə Giyaslı Group MMC-yə saxta müqavilənin ləğvi məqsədilə dəfələrlə yazılı və şifahi şikayətlər etdiyimizi yazmışdıq. Ancaq hakim Mehriban Əfəndizadə pritenziya qaydasında müraciət edildiyini təsdiq edən sənədin olmaması bəhanəsi ilə işi rədd etmişdi. Halbu ki, biz həmin sənədi necə qarşı tərəfin vəkili 1-ci, 2-ci hazırlıq iclaslarında sənədlər təqdim etdi, biz də hazırlıq iclasında təqdim edə bilərdik. Hakim bu hüququmuzu nəzərə almadan qarşı tərəfin marağına uyğun ərizəmizi icraata almadı.
Indi necə oldu ki, İddia ərizəmizdə yazılmış, lakin imzalamadığımız Vəsatətləri bizim İmzamız olmadan qəbul edib?! Ikincisi, hakimin vəzifə borcudur hər bir sənədə diqqətlə baxsın, o zaman 2-3 Vəsatətdəki İmzaların mənim və bacımın imzası olmadığını görməyib?! Xeyir, əsl həqiqət budur ki, Vəsatətlərin imzasız olduğunu görüb və ya özü, ya katibi və ya vəkil qol çəkib.
Çünki bu Vəsatət ona vacib idi. Əvvəl Nizami rayon prokurorluğunun İlham adlı baş müstəntiqi mənim İmzalarımı almaq üçün çalışdı. Sonra hakm İmzalanmamış Vəsatətləri qəbul etdi və kim isə - böyük ehtimal vəkil çəkib. O da çəkməyib artıq Nərimanov rayon məhkəməsində AR Ədliyyə nazirliyində qarşı tərəfin xeyrinə Rəyin alınacağına əmin olan Cin var! Qanun, ədalət olmayan yerdə hakimi belə, vəkili elə olan məkanlarda cin ola bilər!



Vəsatətə kimin qol çəkmiş olduğunuz Siz hakimlərin, vəkillərin müdafiəçiləri bilərsiz! Siz isə xalqın, düzgün vətəndaşların, haqqın-ədalətin yanında olmadığınız üçün bu cür ciddi məsələyə də biganə olacaqsız!
Mən həmin əvəzimizdən bizdən xəbərsiz İmzalanılmış vəsatətlərin də, öz həqiqi imzamızın da fotolarını paylaşıram.
Bunu da Təkrar-təkrar yada salmaq istəyirəm ki, Vəsatəti imzalatmış hakim (başqa cür adı yoxdur) ona maraqlı olduğu üçün bəlkə 50 dəfə vəsatətdən geri çəkilirəm, desəm də (birinci hazırlıq iclasdında etiraz edirəm dedim, iclası bağlı elan etdi), ikinci hazılıq iclasında fasiləyə gedənə kimi, qayıtdıqda saya salmadı.Əslində natariusda təsdiqllənməmiş saxta müddalaarla dolu, tərəfin imzalamadığı Müqavilənin ləğvi ilə bağlı 2 dəfə Hazırlıq iclası ona görə keçirilmişdi ki, mənim İMZALARIM alınsın. Bütün cərəyan edənlər hazır Rəyin olduğunu ifadə edirdi. Budur İmzalamadığımız Vəsatətləri ALLAH ayan etdi!
Həmçinin 2-ci hazırlıq iclasında "Çəkmirəm, mahiyyəti üzrə baxılsın dedikdə, hakim fasiləni də məhz mənim İMZALARIM alınması üçün edibmiş. Elə bil qapıda dayanıb formal, vəkilin İMZALARIMI çəkdirib əlimdən almasını gözləyirdi. İçəri sevincli mimika ilə girdi. Hələ qarşı tərəfin – Azərbaycan qanunlarını bilmədiyini demiş, üstümə hücum etmiş, məni saxtakar, dələduz qələmə vermiş vəkili –Rövşən Səfərovun üzünə gülmüşdü və mən buna iradımı bildirmişdim. On dəfələrlə yazmışam, yazıram yenə hakim Mehriban Əfəndizadə vəkillərlə əlbir idi!
Bu da növbəti sübut. Bu gün mənə Vəkillər Kollegiyasının sədr müavininin imzası ilə gəlmiş məktubda bildirilir ki, mənimlə telefonla əlaqə saxlaılmış, mən məhkəmədə ilkin araşdırmada iştirak etməyə dəvət olunmuş lakin gəlməkdən imtina etmişəm.
Ey hüquq səlahiyyətliləri baxın, görün AR Vəkillər kollegiyasının sədr müavini Şahmar Məmmədov necə hüquqi savadsız, həm də öz üzvlərinə tərəfkeşlik edən bir məmurdur. Birincisi, 19 iyulda hakim Mehriban Ədfəndizadə saxta – öz məhsulu Vəsatəti 50 dəfə narazı olduğumu bildirdiyim halda təmin edib Məhkəmə Ekspertizaya göndərib və bu əsasla İŞİ DAYANDIRIB, İş materialları 06.09.2023-cü il tarixindən həmin qurumdadır. Mən və bacım mənim İmzalarımın yoxlanılması üçün MEM də olmuşuq. Orda mənə Vəsatətdəki imzam göstərilib, amma surətini istəsəm də verilməyib və mən yuxarıda qeyd etdiyim kimi Elektron Məhkəmə portalının işçilərinin kompyuterimə Any desk proqramı ilə daxil olub, sənədlərimi açdıqda İmzalarımızın çəkildiyini görmüşəm.Beləcə, əsas məsələ, İş rəsmi olaraq dayandırıldığı, materiallar MEM-də olduğu halda hakim Mehriban Əfəndizadə necə iclas keçirə bilərdi? Şahmar Məmmədov yazır ki, məni telefonla çağırıblar getməmişəm. Hansı nömrə ilə zəng edib çağırıblar? Hansı tarixdə?!
Mənə Bildiriş gəlməliydi! Elektron məhkəmə portalı ilə. Bildirişi göndərdikləri haqda həmişəki kimi e.mailimə məlumat gəlməlidi. Gəlməyib. Bu nədir? “Ev bizim, sirr bizim”. Hakim vəkillər yığışıb tikinti kralının imzalarını özləri bilən kimi düzüb-qoşublar.
Amma unudublar ki, İlahi ədalət, məntiq var. Hüquq demirəm! Çünki hakim Mehriban Əfəndizadə üçün hüquq olsaydı oİşə qanun maddələri məsələyə ilə qiymət verərdi. Hamı bilir, bizim məhkəmələrdə Vəsatətlərin təmin olunması institutu çox pis işləyir. 1000-də bir vəsatət təmin olunur. Amma bu işdə hətta iddiaçıların imzalamadığı Vəsatət təmin olunub.
Onu demək istəyirdim... Unudurlar ki, bizdə H.Abasovun əsli olan imzaları var. 1 bacımın evi üçün bağladıqları müqavilədəki İMZALARI, 1 də 14 martda ofislərinə müqavilənin ləğvi üçün apardığım Ərizəni İmzaladı İmzası. 3. İqtisadiyyat Nazirliyinə yazdıqları 25 aprel tarixli məktubdakı İmzası.4. İş materialları MEM-dədir, hər halda ordakı əsl göyrəngli İmzalarını ələ keçirib dəyişə bilməzlər.
Bir məşhur vəkilə zəng edib soruşdum möhür məsələsini. Dedi ki, möhürü heç kim saxtalaşdıra bilməz və heç bir hakim bu mübahisəni müzakirə etməz!
Bundan başqa nöqtə-vergülünə kimi eyni olan hər iki saxta müqavilədəki İmzaların yoxlanılması hüquqi cəhətdən məqbul sayılması, hakimin onlara əsaslanması mümkündürsə, möhürün saxtalaşdırılması mümkünsüz olub, məhkəmə predmeti ola bilməz! Möhür vurulubsa həqiqidir. Həqiqi olan möhürün saxtalaşdırılmasının sübutu yoxdur. Bunun iddia edilməsi cinayətdir və əgər Siz hüquq səlahyyətlərinin vicdan hissi varsa,tikinti kralı adlanan Giyaslı Group MMC Sizlərə də təsir etməyibsə Mehriban Əfəndizadənin bir neçə gün əvvəl dayandırıldığını əsaslandırdığı Qərardaına qarşı çıxıb, materialları Məhkəmə Ekspertiza mərkəzində olan məhkəmə işi üzrə iddiaçılarsız məhkəmə iclası keçirməsinə, qanuna zidd qəbul etdiyi vəsatəti təmin də etməsinə nümunələri MEM-ə göndərməsinə qanun, ədalət hissi ilə qiymət verin.
AR Vəkillər Kollegiyasından mənə gəlmiş 11.10 2013 tarixli məktubda Şahmar Məmmədov yazıb ki, məni telefonla həmin iclasa çağırıblar imtina edib getməmişəm. Hansı tarixdə, hansı telefonla məni çağırıblar?! Sübut etsin hakim də şahmar Məmmədov da .Bu məmurdan iki məktub gəlib mənə hər ikisində vəkilləri süni şəkildə müdafiə edib. Onun işçisi Nemət adlı şəxs də mənə 2-3 dəfə zəng edib, vəkilləri arqumentsiz müdafiə edib. Təəssüf edirəm ki, ölkəmdə belə savadsız və “nəyə görəsələr” üçün vicdanlarını ləkələyənlər ordusu yaranıb. Bu Nemət adlı şəxs mənə son zəngində demişdi ki, vəkil Rövşən Səfərov onlara bildirib ki, 2 günə onda mənim 1-ci müqaviləni saxtalaşdırdığımı sübut edəcək Rəy olacaq. Onun dediklərinin bir hissəsi hakim mehriban Əfəndizadənin Dayandırılmış İş üzrə gizli – bizim – iddiaçıların iştirakı olmadan İclas keçirməsi, qarşı tərəfin vəsatətini təmin edib, materislları MEM-ə göndərməsi ilə təsdiqləndi.Mən məhkəmədən həmin iclasın Qərardadını, lent yazılarını istəmişəm. Portala yüklədiyim Şikayət ərizəmi silib əvəzinə MEM-in məhkəməyə məktubunu qoyublar. Həmçinin də Vəkillər Kollegiyasının sədr müavini məktubunda, eləcə də Nemət adlı əməkdaşları məndən vəkillər – Səfərovların qanunsuz hərəkətləri, məni təhqir etmələri barədə sübut istədikləri üçün məhkəməyə Ərizə yazıb hər iki 2-3 saatlıq hazırlıq iclaslarının Vidio-lentlərini istəmişəm, bu ərizəmi də silib, əvəzinə yenə MEM-in məhkəməyə məktubunu yerləşdiriblər. MEM-ə mənim tələbimlə şirkətin möhürünün və direktorunun imzasının da yoxlanılması haqqında məktubu hakim göndərib, MEM-ə hər gün zəng edib soruşuram, gəldilər? Yox! Niyə gəlmirdilər?! Hakim asılı olmasaydı göndərərdi onları! O isə onların marağı ilə dayandırılmış iş üzrə iclas keçirib vəsatətlərini təmin edib! Bəs mənə yazdığı məktubda yazırdı ki, hakimin hüququdur, vəsatətsiz də göndərə bilər?! Deməli, o bunu tikinti krallarının hökmü ilə edib! Vəsatəti hazırlıq iclasında niyə verməmişdi?! Hətta əgər İddiamıza əlavə etdiyimiz – mənə göndərilmiş müqavilə saxta idisə niyə vəkilləri hazırlıq iclasında Vəsatət vermirdi. Mən Hacıbala Abasovun məhkəməyə gəldiyinə inanmıram. Bu sübut olunarsa hakimlə vəkilin daha bir işbirliyi üzə çıxacaq! Bu gün, versinlər mənə vidio lentləri! Mən çəkiliş üçün də vəsatət vermişdim. Sərf eləmir hakimlərə - təmin etmədi. Dedi çəkilişlər gedir!. Gedir hər üç iclasının vidio lentlərini versin! Tələb edirəm.
İmzalarımı təzyiqlə çəkdimiş, sonra əlimdən almış, daha sonra qaçmış formal vəkil Abuzər Səfərov da, Azətbaycan Qanunlarını hakim qarşısında deyən, mənə saxtakar, dələduz damğası vuran, saxta sənədlərlə öz yerindən mənim olduğum yerə hücub çəkən və s. vəkil Rövşən Səfərov da cəzalanmalıdır! Bu cənab Anar Bağırov Şahmar Məmmədovun birmənalı surətdə vəkillərin arxasında dayanmasına diqqət yönəldin. Bu tərəfkeşliyin əsası olur! Elə əsası kimi xalq əziyyət çəkir. Onun məktublarını əlavə edirəm. Baxın görün necə əsasız müdafiə edir vəkillri. Vicdan – onun adı Allahdır. Sovet quruluşu ateizm mövqeyindən Vicdanla əvəz edib. Şahmar Məmmədovun bu hissi sağlam olsaydı bizi ana-bacısı yerinə qoyub, haqqına hərəkət edərdi. Onun bu tərəfkeşliyindən sonra ngör ata adları uyğun, soyadları eyni, zahirən belə oxşar Səfərovlar nə zülmlər edəcəklər sadə vətəndaşlara.



Bu məsələyə qədər Anar Bağırovu tanımırdım. Ancaq indi onun timsalında daşıdığı məsuliyyətli işə biganə, varlı adamların vəkillərinə xüsusi hörmətli şəxs tanıyıram.
İman Kərimov Ali məhkəməyə və MHŞ-na sədr seçildikdə sevinmişdim. Axı mən on il əvvəl məhkəmələrimizdə elə bu cür dəhşətlər yaşamış, Avropa məhkəməsinə müraciət etməyə məcbur olmuş vətəndaş idim. Allah razı olsun Avropa İnsan haqları Məhkəməsindən. İman Kərimovun Ali məhkəməyə və MHŞ-na sədr seçilməsi məndə daha mənim kimi sadə, kasıb vətəndaşlarımızın incidilməyəcəyinə ümüdyaratmışdı. Təəssüf edirəm ki, heç nə dəyişməyib. Yenə yazdıqlarımı dəftərxana işçiləri oxuyur və hakimlərə mənə cavab yazılması üçün ünvanlayyırlar. Hakim də qanunsuzluqlarını tənqid edənə zalda güldüyündən daha gur səslə gülə-gülə istədiyini yazır. Hətta budur, Dayandırılmış İş üzrə qarşı tərəfdən Vəsatət qəbul edir, iddiaçıların iştirakı olmadan, onlara Bildiriş göndərilmədən İclas keçirib vəsatəti təmin edir. Pardon görəsən bu qanunsuzluq üçün tikinti kralları konvertdə nə qədər göndəriblər?! Cinayət etdim?! Cinayəti hakim- məhkəmə edib cənablar!
Digər bir məsələ, Dövlət Vergi Xidmətinə sökdüyü binanın yaşayış və qeyri-yaşayış sahəsi üçün Bəyannamə verən Giyaslı Group MMC bu hesabata uyğun şəkildə vətəndaşın mülkiyyətini qaytarmırsa - obyekt əvəzinə mənzil verirsə bu cinaətə niyə müraciət etdiyim Vergi Xidməti niyə bəhanələrlə laqeyddir!Mənim şikayətimə cavabı Eldəniz Əhmədov adlı rəis müavini mənə yox, tikinti krallarına göndərir. Bu sadəcə yanlışlıq deyil. Həmçinin Vergi Xidməti bəyannəmə verib, deməklə Şirkətin qeyri-yaşayış sahəsinin hər kv.m.üçün 20 il bundan əvvəlin qanunu ilə 15 manatdan ödəməli olduğunu ört-basdır edir. Demokratiya deyil, mənə Giyaslı Group MMC bizim OBYEKT üçün versinlər o arayışı versinlər! Bu sübut edəcək ki, onlar obyekt - qeyri-yaşayış sahəsi əvəzinə qanunları taptalayaraq mənzil, o da təmirsiz mənzil verməyi planlaşdırmaqla 500-600 min məbləğində mənimsəməyə yol veriblər. Kommersiya sirri deyib, vətəndaşın mülkiyyətini iradəsinin əksinə saxta müqavilə düzəldib ona göndərməklə cinayətkarı qorumaq ədatsizlikdir. Hələ ərazidə obyektləri olan qonşular keçən ilin noyabrından bu günə kimi 2 dəfə arenda pulunu artırıblar. Bu şirkət isə bizim arenda pulumuzu artırmır. Bizə lazım deyildi binanın sökülməsi! Bizim binamız ərazidə ən yaxşı bina idi. 5 mərtəbəli - 90 mənzilli binamızı söküb 378 mənzilli - bir neçə 17 mərtəbəli bina tikən Giyaslı MMC yaxşı bilir qiymətlərin artığını və özü də mənzillərin, obyektlərin satış qiymətini artırıb. Onun hərəkətlərinə bizlərdən oğurladıqları pulları rüşvət verdiyi qurumlar susurlar!
Beləliklə, Nərimanov rayon məhkəməsinin hakimi Mehriban Əfəndizadə İddiaçı olduğumuz məhkəmə İşi üzrə vəkillərlə əlbirdir. Bu da sübutlar – İmzalarımın yoxlanılması haqqında Vəsatətə mənim əvəzimdən qol çəkilib. Bunu hakim sözsüz olaraq bilib. Hakim əlinin altındakı sənədlərə baxmayacaq, kim baxacaq?! Deməli, imzaların mənə aid olmadığnı görüb! Hətta saxta müqavilədəki oxşadılmış İmzalarıma tamamilə oxşarsızdır vəsatətlərdəki imzalar!.Bacımın əvəzindən də çəkilib. VVəkil Abuzər Səfərovun imzalarına oxşamır. Təqdim edirəm onun imzalarını! O çəksəydi elə İddia ərizəsinə çəkərdi. O çəksəydi sözsüz ki, bunu mənə deyərdi. İmzalar peşəkar şəxsin imzalarına oxşayır. ib. Hətta bacımın da əvəzindən kimsə qol çəkib. Bu da Abuzər Səfərovun imzası ! Aınları açıq. Üzləri ağdırsa etiraf etsinlər kim çəkib imzalarımızı! Ola bilməz ki, vəkilin bundan xəbəri olmasın! Çünki onlar media yazılarımda da yazmışam, him-cimlə danışdılar iclasda…
Burdaca AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, cənab Elçin Qasımovdan xahiş edirəm ki, ilk olaraq rəhbərlik etdiyi qurumun əməkdaşlarının üzə çıxardığı bu saxta İmzaların ekspertiza edilməsinə icazə versin. Acizanə xahiş edirəm, Ulu öndər Heydər Əliyevin “Qoy ədalət zəfər çalsın!”- müdrik kəlamının hörmətinə - qanunların şah olması məqsədi ilə MEM-də olan İş materiallarındakı mənim adımdan olan Vəsatətdəki, eyni zamanda 2-ci vəsatətdəki mənim və bacımın əvəzindən çəkildiyi gün kimi aydın olan İMZALAR ekspertiza edilsin!
Hakim Mehriban Əfəndizadənin zəngin qarşı tərəfin vəkili Rövşən Səfərovla iş birliyi də budur – Dayandırılmış İş üzrə ondan vəsatət qəbul etməsi, biz iddiaçıları dəvət etmədən İşə baxıb, onların vəsatətini təmin etməsi faktında təstiqlənir. Şahmar Məmmədovun məktubunu oxuyub onun katibəsi ilə əlaqə saxladım. Dedi ki, Giyaslı Group MMC-nin direktorunun imzalarının nümunələri də, şirkətin möhürü də dünən sürətli poçtla Məhkəmə ekspertiza Mərkəzinə göndərilib.
Hörmətli AR Məhkəmə Hüquq Şurasının sədri cənab İman Kərimov, AR Vəkillər kollegiyasının sədri cənab Anar Bağırov vacibi, tarix üçün faydalı elmi yaradıcılığımı bir kənara qoyub bütün enerjimi sərf ediyim bu növbəti geniş müraciətimə biganə olmayın. Siz də hakim qarşısındasınız! Sizin işiniz dövlətin hüquq sahəsini Sizin fəaliyyətinizə də o, əsl hakim - Allah baxır. Sizdən xahiş edirəm, bəşərin bütün məhkəmələrindən ali olan Allahın məhkəməsi qarşısında olduğunuzu düşünün və Nərimanov rayon məhlkəməsində biz iki qadının İddia ərizəsi üzrə yaranmış “örtülü bazara, onun bu məhsulların” və bütövlükdə burdakı alqı-satqıya baxın və qiymət verin.


PS. Yazımdakı qrammatik səhvlərə və xoşunuza gəlməyəcək ifadələrə görə baxışlayın. Yaşlı və şəkər xəstəsi adamam. Süni uzadılan məhkəmə baxışına və hakim ədalətsizliyinə əsəbiliklə hər gün yazdığım şikayətlər gözlərimi kor edib. İnanın Yeni klinikada kamputer tomoqrafiyası da etdirdim. Mənim səhhətim və yaradıcılığım iflic olub hakim Mehriban Əfəndizadənin hərəkətlərindən. Hakimin 3 aya sadə bir işə - saxta – natariusda təsdiqlənməmiş və s. dələduzluq mmaddələri ilə olan müqavilənin ləğvi məsələsinə baxıb qurtarmaması Giyaslı Group MMC-nin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, cənab Elçin Qasımova əlaqə açıb, xeyirlərinə Rəy ala bilməsi üçün vaxt qazanması məqsədinə xidmət edir. Şirkət buna nail olmadıqca uzandıqca – uzanır müddət. Vətəndaşın səhhətinə, yaradıcılığına hakimin vurduğu zərərin ödəməsi üçün qanunumz vardırmı?!
Dünən, 10:31
Bu gün Azərbaycanda matəm günüdür
23-12-2024, 10:50
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031