“Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” monoqrafiyası Azərbaycan dilində çap olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Afaq Əsədovanın elmi redaktorluğu ilə türkiyəli professor Mahmud Erol Kılıçın “Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” monoqrafiyası işıq üzü görüb.
Mahmud Erol Kılıçın bioqrafiyası ilə açılan kitab Afaq Əsədovanın “Sufi və şeir” sərlövhəli giriş yazısı ilə başlayır. Giriş sözündə Mahmud Erol Kılıcın yaradıcılığı haqqında ətraflı danışılır. Müəllifin yaradıcılıq xüsusiyyətlərindən bəhs edən Afaq Əsədova qeyd edir: “Mahmud Erol Kılıc təsəvvüflə bəşəriyyət tarixində var olan digər ezoterik məktəb və cərəyanların yaxınlığını bunların birinin digərindən təsirlənərək yaranmasında deyil, şərqli və qərbli insanın günəşə baxmaq üçün başlarını yuxarı qaldırmaq kimi eyni hərəkət etmələri tərzində obrazlı ifadə ilə anladır”.
Vurğulanır ki, tədqiqatçı alim təsəvvüf ədəbiyyatının qneseoloji köklərini İslam dünyagörüşünün özündə görməklə yanaşı, Osmanlı sufi şeirinin poetikasının Qərb poetikası ilə müqayisəli təhlilinə əsasən, “mütləq mənada olmasa da, Osmanlı şeirinin böyük çapda Platonçu poetikasını izlədiyi” fikrini irəli sürür. İslam peyğəmbərinin “şübhəsiz, şeirin bəzisində hikmət...” və “...bəzisində sehr vardır” hədisini çıxış nöqtəsi kimi qəbul edən müəllif sufi şeirinin xüsusiyyətinin “hikmət” qavramı, “məna idarəetmə”, “məna dərinliklərinə dalma” şərti, Aristotelin “kəşf” adlandırdığı bir özəllik olduğunu qeyd edir.
Afaq Əsədova professor Mahmud Erol Kılıcı çağdaş düşüncə sahələrinə hakimlik iddiasında olan postmodernizm dünyagörüşü ilə təsəvvüf dünyagörüşünün təmsilçisi kimi xarakterizə edir. Kitabda müasir türk fəlsəfi-ədəbi fikrinin görkəmli nümayəndələrindən biri olan Mahmud Erol Kılıç tərəfindən təsəvvüfün varlığı, bəşər təfəkkürünün bu günü və sabahı üçün bir örnək təşkil etməsi geniş formada əks olunur.
“Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı müəllifinin bölgüsü ilə ayrılmış “Sərlövhə”, “Ön söz”, 4 fəsil və zəngin ədəbiyyat siyahısından ibarətdir. Müəllifin elmi araşdırmaları “Təsəvvüf dünyagörüşü və Osmanlı şeiri”, “Şairlər və şeyxlər: şeirdə insan-kamil simvolu”, “Osmanlı şeirinin konseptual təhlili və təsəvvüf”, “Sufi şeiri kimə xitab edir”, “Təsəvvüf simvolizminin təhrifi və dünyəvi şeir”, “Beynəlmiləl şeir poetikası və Osmanlı sufi şeiri”, “Eşq biliyin qaynağıdır” və s. başlıqlarda təqdim olunur.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan 220 səhifəlik kitabın redaktoru Tural Cəfərovdur.
“Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” əsəri filosoflar, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, görkəmli türk professor Mahmud Erol Kılıcın bu əsəri indiyədək 11 dəfə nəşr edilib və 2004-cü ildə Türkiyə Yazıçılar Birliyinin Tədqiqat mükafatını alıb. Əsər fransız və alban dillərinə də tərcümə olunub.
mənbə: www.science.gov.az saytı
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
9-11-2026, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
9-11-2026, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
9-11-2026, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
9-11-2026, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
9-11-2026, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
9-11-2026, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
9-11-2026, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
9-11-2026, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
9-11-2026, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər