BMT-nin Baş katibi COP30-un yekunlarını şərh edib

BMT-nin Baş katibi Antonio Quterreş Yohannesburqda keçirilən G20 sammitindən COP30-un yekununa dair açıq bir mesaj göndərib: “Amazon meşələrinin girişində tərəflər heç bir ölkənin təkbaşına həll edə bilmədiyi çətinliklərlə üzləşmək üçün millətlərin hələ də birləşə biləcəyini göstərən bir razılığa gəldilər”. O, COP30-da ambisiya boşluqlarını aradan qaldırmaq üçün Qlobal İcra Sürətləndiricisinin işə salınması və BƏƏ Konsensusunu, o cümlədən qazıntı yanacaqlarından ədalətli, nizamlı və bərabər keçidi təsdiqləmək üzrə müsbət irəliləyişlərin olduğunu bildirib.
Baş katib sözlərinə yekun vurub: “COP-lar konsensusa əsaslanır və geosiyasi bölünmələr dövründə konsensus əldə etmək daha çətindir. COP30-un lazım olan bütün məsələləri həll etdiyini iddia edə bilmərəm. Eyni zamanda, 1,5°C-dən çox temperatur həddinin aşılması ciddi bir xəbərdarlıqdır: dərin, sürətli emissiya azalmaları və kütləvi iqlim maliyyələşdirilməsi vacibdir. COP30 bitdi, amma işlər bitmədi”.
A.Quterreş daha yüksək ambisiya və həmrəylik üçün səy göstərməyə davam edəcəyinə söz verərək danışıqlar aparan və səfərbər olan hər kəsə çağırış edib: “Təslim olmayın. Tarix - və Birləşmiş Millətlər Təşkilatı - sizin tərəfinizdədir”.
Braziliyanın Belem şəhərində 10-21 noyabr tarixlərində keçirilən COP30-da ölkələr iqlim maliyyələşdirməsinin genişləndirilməsi və Paris Sazişinin tətbiqini sürətləndirmək üçün genişmiqyaslı bir paket üzərində razılığa gəlib, lakin qazıntı yanacaqlarından uzaqlaşmaq üçün açıq bir öhdəlik götürülməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin iqlim üzrə baş katibi Saymon Stillin bəyanatında deyilir. Eyni zamanda, o qeyd edib ki, COP30 iqlim ambisiyası və qlobal həmrəylik üçün dönüş nöqtəsi olub.
Belemdə danışıqların nəticələrinə dair qərara alınan məqamlar bunlardır:
- Miqyaslı maliyyələşdirmə - 2035-ci ilə qədər iqlim tədbirləri üçün ildə 1,3 trilyon dollar səfərbər edilməsi çağırışı.
- Uyğunlaşmanın gücləndirilməsi - 2025-ci ilə qədər uyğunlaşma maliyyəsini ikiqat, 2035-ci ilə qədər isə üçqat artırlması.
- İtki və Zərər Fondu - əməliyyat və bərpa dövrlərinin təsdiqlənməsi.
- Yeni təşəbbüslər - Qlobal İcra Sürətləndiricisinin və ambisiyanı və tətbiqi sürətləndirmək üçün 1,5°C-yə qədər Belem Missiyasının başlanması.
- İqlim dezinformasiyası - məlumat bütövlüyünü təşviq etmək və feyk xəbərlərə qarşı mübarizə öhdəliyi.
Yekun qərar həmrəylik və investisiyanı vurğulayır, iddialı maliyyə hədəfləri müəyyən edir, amma enerji keçidini sonrakı müzakirələrə buraxır.
COP30-un yekun qərarında qazıntı yanacaqlarının tədricən dayandırılmasına açıq şəkildə istinad ediləcəyinə dair gözləntilər yüksək idi. Belə ki, 80-dən çox ölkə Braziliyanın rəsmi “Yol Xəritəsi” təklifini dəstəkləmişdi. Layihə mətnində bu, danışıqların son saatlarına qədər yer almışdı. Amma qəbul edilmiş nəticə yalnız “qazıntı yanacaqlarından uzaqlaşmağı” tələb edən COP28 qərarı olan BƏƏ Konsensusuna aiddir.
Dünən, 12:42
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
Dünən, 12:30
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
Dünən, 12:27
Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib
Dünən, 12:23
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
Dünən, 12:18
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
Dünən, 12:15
Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb
Dünən, 12:10
Vətən müharibəsinin xronikası: 14 oktyabr
Dünən, 12:08
Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir
13-10-2026, 13:31
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
13-10-2026, 13:28
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
13-10-2026, 12:29
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
13-10-2026, 12:25
Sabah hava əsasən yağmursuz olacaq
13-10-2026, 12:23
Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur
13-10-2026, 12:21
NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq
13-10-2026, 12:19
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
13-10-2026, 12:16
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
13-10-2026, 12:14
Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub
12-10-2026, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
12-10-2026, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
12-10-2026, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12-10-2026, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
12-10-2026, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
12-10-2026, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
12-10-2026, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
12-10-2026, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
12-10-2026, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
12-10-2026, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır