Təhsilin ömrü uzatdığı məlum olub – Araşdırma
Dunya / Elm və təhsil
Oxunub: 311
2 mar 2024 | 07:11


Bakı, 2 mart, AZƏRTAC

Təhsil ömrü uzadır. Norveç Elm və Texnologiya Universiteti və Vaşinqton Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, araşdırma nəticəsində məktəbdə və universitetdə keçən hər ilin ömrü uzatdığı məlum olub. Əvvəlcə ilk dəfə təhsil müddəti ilə gözlənilən ömür arasındakı nisbət hesablanıb. ABŞ və Böyük Britaniya kimi sənayeləşmiş ölkələrdən, Çin və Braziliya kimi inkişaf etməkdə olan dövlətlərdən toplanan məlumatlarda hər il formal təhsilin ölüm riskini iki faiz azaltdığı aşkar olunub.

Yanvarın 23-də “Lancet Public Health” elmi jurnalında dərc olunan araşdırmada vurğulanır ki, ibtidai və orta məktəb, lisey və universitet təhsilini başa vurmaq ömür boyu sağlam qidalanmağa bərabər faydalar verir. Bundan əlavə, magistr dərəcəsi olan insanların ölüm riskinin təhsilsizlərlə müqayisədə 34 faiz azaldığı da məlum olub. Digər tərəfdən, 10 il məktəbə getməmək hər gün yerinə yetirilən zərərli vərdişlərin verdiyi ziyana bərabər tutulur.

Araşdırmanın həmmüəlliflərindən biri, Norveç Elm və Texnologiya Universitetində fəaliyyət göstərən Terje Andreas Eikemo təhsilin sağlamlığa ciddi təsirləri olduğuna diqqət çəkib. Bildirib ki, təhsil təkcə sağlamlıq baxımından əhəmiyyətli deyil, həm də insan ömrünü uzadan önəmli amildir.

Britaniyada yerləşən Səhiyyə Fondunun nümayəndəsi David Finch diqqətə çatdırıb ki, təhsil daha yaxşı sosial əlaqələr qurmağa kömək edir və insanların qərar qəbuletmə qabiliyyətini artırır.

Vaşinqton Universitetindən Claire Henson təhsillə gözlənilən ömür arasındakı əlaqəni belə izah edir: “Təhsil almaq imkanı insana sağlam həyat tərzi yaratmağa imkan verir və onu saxlamaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirir. Ali təhsil maliyyə və sosial resursları artırır. Təhsilə sərmayə qoymaq əhalinin sağlamlığı üçün mühümdür və siyasətçilər təhsil siyasətini formalaşdırarkən bu təsiri nəzərə almalıdırlar.
Dünən, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Dünən, 12:23
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Dünən, 12:07
Səudiyyə Ərəbistanı BƏƏ-ni qabaqlayaraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub
Dünən, 11:47
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
17-11-2026, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
17-11-2026, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
17-11-2026, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
17-11-2026, 12:55
Xocalıda yeni tut bağları salınıb
17-11-2026, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
17-11-2026, 12:50
Sabahın hava proqnozu açıqlanıb
17-11-2026, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
17-11-2026, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
17-11-2026, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
17-11-2026, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
17-11-2026, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
17-11-2026, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
17-11-2026, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
17-11-2026, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
17-11-2026, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
17-11-2026, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
17-11-2026, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17-11-2026, 10:51
Milli iradənin tarix yazdığı gün
16-11-2026, 18:56
İmadəddin Nəsimi İrsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
16-11-2026, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
16-11-2026, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
16-11-2026, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16-11-2026, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30